İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Ekspertlər elektromobillərin gələcəyini necə görürlər?

27.12.2010 [00:22]

Fontu böyüt:      

Artıq dünyanın bütün aparıcı avtomobil istehsalçıları elektromobil və hibrid model istehsalına və ya layihələndirilməsi işinə girişib. Dünyada neft ehtiyatları tükəndikcə bu növ nəqliyyata tələbat da artır. Elə isə elektromobillərin üstün və çatışmayan cəhəti nələrdir? Mütəxəssislər bu avtomobillərin gələcəyini necə görürlər?

Artıq dünyanın bütün aparıcı avtomobil istehsalçıları elektromobil və hibrid model istehsalına və ya layihələndirilməsi işinə girişib.

Dünyada neft ehtiyatları tükəndikcə bu növ nəqliyyata tələbat da artır. Elə isə elektromobillərin üstün və çatışmayan cəhəti nələrdir? Mütəxəssislər bu avtomobillərin gələcəyini necə görürlər? Şəhərdə yaşayan və avtomobildən az istifadə edən insanlar üçün elektromobil çox əlverişlidir. Belə ki, orta hesabla 200 km məsafə üçün elektrik ehtiyatı olan bu nəqliyyat vasitəsini gecə qarajda şəbəkəyə qoşaraq (təqribən 6-8 saat) ertəsi gün bütün şəhəri dolaşmaq olar. Lakin burda da bir problem var. Əgər keçmiş SSRİ şəhərlərində insanların çoxunun təchiz olunmuş qarajı varsa, Avropada belə qarajlar barmaqla sayıla bilər.

Artıq bəzi şəhərlərdə bələdiyyələr problemin həlli yolunu tapıb: küçələrdə pulsuz yükləmə (doldurma) məntəqələri quraşdırılıb. Lakin elektromobillə uzaq yola çıxmaq məsələsində problem daha çoxdur. Çünki, akkumulyatorun xüsusi adapterlə doldurulması ən azı yarım saat vaxt və xüsusi yer tələb edir. Yağışlı havada isə elektromobili şəbəkəyə qoşan şəxs xüsusi geyimdə olmalıdır. Buna görə də, elektromobilin batareyasının doldurulduğu stansiyanın yanında mütləq kafe və mağazalar olmalıdır. Bu məsələ də yaxın illərdə həllini tapacaq. Digər bir problem isə batareyaların tərkibindəki litiumun təbiətdə çox az olmasıdır. Hazırda dünyanın ən böyük litium yataqları Boliviya və Çilidə yerləşir ki, bunlar da sürətlə tükənməyə doğru gedir. Batareyaların orta istismar müddəti 5 - 7 ildir və təqribən 3000 – 5000 dəfə doldurula bilər. Akkumulyator elektromobilin ümumi dəyərinin 25-50%-ni təşkil edir. İstehsal kütləvi hal alarsa akkumulyatorun qiyməti də qalxacaq. Bir vacib məsələ də elektromobillərin soyuq ölkələrdə istismarıdır.

Aşağı temperaturda elektrolit qatılaşdığı üçün bəzən akkumulyator heç avtomobili yerindən tərpədə biləcək qədər güc hasil edə bilmir. Bu səbəbdən də istehsalçılar elektromobillərin isti ölkələrdə daha geniş yayılacağını ehtimal edirlər. Lakin elektromobilin ərsəyə gəlməsi ekoloji problemlərin tam həlli kimi başa düşülməməlidir. Hələlik heç bir istehsalçı istifadə müddəti bitən batareyaların təkrar emalı barədə düşünmür. Vaxtında tədbir görülməsə, gələcəkdə bütün ölkələri akkumulyator zibillikləri bürüyə bilər. Bütün bu qüsurlara rəğmən mütəxəssislər hesab edirlər ki, elektromobil şəhər rejimində özünü doğruldub. İndi əsas məsələ bu nəqliyyat növünü uzaq yol üçün uyğunlaşdırmaqdır. Azərbaycanda gəldikdə isə, bu gün Nizami küçəsinin təmizlik işlərində işlənən maşınlar və Milli Parkdakı əyləncə teplovozu elektrik dartqısına əsaslanır. Lakin fərdi nəqliyyat vasitəsi olaraq elektromobil hələ ki əhalini maraqlandırmır. Bunu bazarda müvafiq təklifin olmaması və insanların nəqliyyatın bu növünü tanımaması ilə izah edilə bilər.///lent.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar