İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Provayderlərə şübhəli istifadəçilərin məlumatları üçün sorğu veriləcək

24.11.2014 [16:33]

Fontu böyüt:      

Böyük Britaniya xüsusi xidmət orqanları internet provayderlərdən IP ünvanlar üzrə şəbəkənin terrorizm və pedofiliyada şübhəli bilinən anonim istifadəçilərinin adlarını müəyyənləşdirməyə imkan verən məlumatlar üçün sorğu vermək hüququ alacaqlar.

Böyük Britaniya xüsusi xidmət orqanları internet provayderlərdən IP ünvanlar üzrə şəbəkənin terrorizm və pedofiliyada şübhəli bilinən anonim istifadəçilərinin adlarını müəyyənləşdirməyə imkan verən məlumatlar üçün sorğu vermək hüququ alacaqlar. Bu barədə Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey deyib. 

Nazirin sözlərinə görə, Britaniya hökuməti parlamentə antiterror tədbirləri və təhlükəsizlik haqqında qanun layihəsini müzakirəyə təqdim etmək niyyətindədir. Layihəyə əsasən, istifadəçinin real adını və ünvanını müəyyənləşdirmək üçün polis və əks kəşfiyyat internet şirkətinə şübhəli şəxsin kompüterinin IP ünvanını təqdim edəcək. 

“Bu qanun layihəsi IP ünvanlarının real problemini həll etməyə imkan verir, bu, düzgün istiqamətdə atılacaq addım olacaq”, - Tereza Mey qeyd edib. 

2012-ci ildə Devid Kemeron hökuməti xüsusi xidmət orqanlarının elektron poçt, telefon kontaktları və vətəndaşların sosial şəbəkələrdə ünsiyyətinə geniş nəzarəti həyata keçirməyə imkan verən qanun layihəsini qəbul etməyi planlaşdırıb. Plana görə, rabitə şirkətləri öz şəbəkələrini xüsusi ötürücülərlə təchiz etməlidir. Ötürücülər xüsusi xidmət orqanlarına real vaxt rejimində və məhkəmənin icazəsi olmadan müəyyən nömrədən bütün telefon zəngləri, mətnli bildirişlər, elektron poçtla göndərilən məktublar və insanın sosial şəbəkələrdə ünsiyyəti haqqında məlumatlar əldə etməyə imkan verəcəkdi. 

Hazırkı qanun layihəsi əvvəlki planın minimum qısaldılmış variantıdır. 

Britaniya hüquq müdafiəçiləri polisə IP ünvanı üzrə terrorizm və pedofiliyada şübhəliləri müəyyənləşdirmək hüququnun verilməsini əsaslı hesab edirlər. Lakin onlar ehtiyat edirlər ki, hüquq-mühafizə orqanları bu hüquqdan geniş istifadə edərək ondan sui-istifadə edəcəklər, - “TASS” yazır.    

Mənbə: mincom.gov.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar