İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakcell şirkəti rouminq qiymətlərində endirim etdi

22.04.2011 [22:00]

Fontu böyüt:      

Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tövsiyələrinə əsasən, Rusiya, Birləşmiş Krallıq və Türkiyənin bəzi şəbəkələri daxilində rouminq qiymətlərinə endirimlər edib. İndi Bakcell-in Klass və Gold abunəçiləri həmin ölkələrə səfər edərkən daha sərfəli tariflərlə öz ailə üzvləri, dostları və həmkarları ilə əlaqə saxlaya bilərlər.
Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tövsiyələrinə əsasən, Rusiya, Birləşmiş Krallıq və Türkiyənin bəzi şəbəkələri daxilində rouminq qiymətlərinə endirimlər edib. İndi Bakcell-in Klass və Gold abunəçiləri həmin ölkələrə səfər edərkən daha sərfəli tariflərlə öz ailə üzvləri, dostları və həmkarları ilə əlaqə saxlaya bilərlər. 2011-ci ilin mart ayından etibarən Bakcell Rusiya, Birləşmiş Krallıq və Türkiyənin bəzi mobil rabitə şəbəkələri daxilində rouminq zənglərinin qiymətlərini 30-40%, GPRS rouminq qiymətlərini isə 70%-ə qədər endirib. Son vaxtlarda smartfonların geniş yayılması GPRS rouminq xidmətlərin populyarlaşmasına səbəb olub. İşgüzar müştərilərə səyahətdə olarkən biznes məqsədləri ilə internetdən daha rahat istifadə imkanı yaratmaq üçün Bakcell GPRS rouming qiymətlərini də əhəmiyyətli dərəcədə aşağı salıb. Bakcell-in kommersiya direktoru cənab Krasimir Genov bu barədə deyib: “Azərbaycanın iqtisadi inkişafı və biznes əlaqələrinin genişlənməsi sayəsində bizim işgüzar müştərilərimiz xarici ölkələrə tez-tez səfərlər edirlər. Biz müştərilərimizin ən çox səfər etdikləri ölkələri müəyyən etmək üçün daim bazar araşdırmaları aparırıq. İlk olaraq biz Rusiya, Birləşmiş Krallıq və Türkiyə üçün rouminq qiymətlərini ucuzlaşdırdıq və gələcəkdə digər istiqamətlər üzrə də tarifləri endirmək niyyətindəyik”. Hal-hazırda Bakcell-in müştəriləri Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrika ölkələrində rouminq xidmətlərindən istifadə etmək imkanına malikdirlər. Bakcell şirkətinin 155 ölkənin mobil operatorları ilə rouminq müqaviləsi var. Bakcell-in GPRS rouminq xidmətləri 60 ölkədə 90 şəbəkəni əhatə edir. 
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar