İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azercell-lə Azerfon arasındakı münaqişənin səbəbkarı RİTN-dir”

24.07.2009 [10:57]

Fontu böyüt:      

Nə qədər ki, Müstəqil Telekommunikasiya Şurası (MTŞ) yaradılmayıb, İKT sektorunun inkişafı yavaşıyacaq və bu cür münaqişələr yaranacaq. Bütün bu anlaşılmazlıqların səbəbi odur ki, RİTN-in bazar subyekti olması onun tənzimləyici funksiyalarını heçə endirir.

Son günlər Azərbaycanın iki mobil operatoru - Azercell Telekom MMC ilə Azərfon (ticari markası “Nar Mobile”) MMC arasında münaqişə açıq şəkildə üzə çıxdı. Məlum olduğu kimi, Azercell Telekom MMC mobil rabitə operatoru dünən 22 iyul saat 00.00-dan başlayaraq mobil operator Azerfon MMC ilə əlaqəni kəsmək niyyətini bildirdi. Bu qərarın səbəbi olaraq Azerfon-un 28 fevral 2007-ci ildə şirkətlərin imzaladığı müqaviləni pozaraq 11 mln manat debitor borcunu ödəməməsi göstərilirdi. İki şirkətin münaqişəsini Turan-a şərh edən Azərbaycan İnternet Forumunun (AİF) sədri, "Multimedia" QHT-nin direktoru Osman Gündüz qeyd etdi ki, Azercell-lə Azerfon arasında münaqişə çoxdan yaranıb. Amma cəmiyyət bundan indi xəbər tutur.

Münaqişənin səbəbi nədir?

Səbəb odur ki, səlahiyyət sahibi olan dairələr Azerfon üçü daha əlverişli şərait yaradır. O cümlədən, bu yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Aydındır ki, yeni texnologiyaları ilk dəfə tətbiq edən şirkət qazanır. Göründüyü kimi, Azerfon üçün bütün əngəllər aradan qaldırılır, bütün müvafiq müqavilələr bağlanır, amma Azercell üçün şərait yaradılmır, tezlik verilmir və s. Hərçənd bu şirkət testdən keçib və 3G-nin tətbiqinə hazırdır. Böyük ehtimalla, vəziyyəti qiymətləndirərək Azercell bu qənaətə gəlib ki, bazarda Azerfon-un mövqeyi güclənəcək, Azercell isə, əksinə, zəifləyəcək. Bundan sonra Azercell mövcud münaqişəni açıqlamaq qərarına gəldi. Vəziyyətin tragikomizmi bundadır ki, bir vaxtlar dövlətin yetərincə dəstəyini alan, bazarda hegemonluq edən şirkət indi əks tendensiya ilə üzləşib.

Azerfon-un baş direktoru Gido Helbix onun şirkətinin Azercell-ə borcu olduğunu desə də, 11 mln rəqəmini çox şişirdilmiş adlandırdı. Bu barədə nə deyə bilərsiniz?

Qanunvericiliyə əsasən, operatorların bir-birinə verdiyi trafik həcmi məsələsi onların arasında bağlanan müqavilə ilə tənzimlənir. Aydındır ki, bu məsələ 28 fevral 2007-ci il tarixli “Azercell Telekom MMC ilə Azerfon MMC arasında rabitə haqqında” müqavilədə öz əksini tapıb. Bu müqaviləyə əsasən, trafik üçün pulu operatorlar bir-birinə hər ayın sonunda ödəməlidirlər. Azercell-in bildirdiyi borcun nə qədər real olmasından asılı olmayaraq, müqavilə əsasında olan borc tam ödənilməlidir. İndi aydın olur ki, Azerfon müqavilənin şərtləri ilə razı deyil. Amma qanuna müvafiq olaraq belə məsələlər məhkəmə qaydasında həll edilməlidir. Sual yaranır: Azerfon niyə məhkəməyə müraciət etmədi? İş məhkəməyə çıxmasın deyə şirkətlər arasındakı münaqişəni kim həll etməli idi? Təbii ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)!İndi aydın olur ki, Azercell bu məsələ ilə bağlı RİTN-ə dəfələrlə müraciət edib. Amma nazirlik bu məsələni həll edə bilməyib.

RİTN Azercell-lə Azerfon arasındakı münaqişəni niyə çözə bilmir?

RİTN təkcə bu yox, başqa bu tip münaqişələri də çözə bilməyib (AzEuroTel BM - Aztelekom İB, Aztelekom İB -Deltatelekom MMC və rabitə bazarının başqa iştirakçıalrı). Bu, ona görə baş verir ki, arbitr funksiyalarına malik RİTN özünün bu funksiyalarını bazar reallıqlarına müvafiq həyata keçirə bilmir. Çünki RİTN özü bazar iştirakçısıdır, kommersiya ilə məşğul olur, özünün iqtisadi maraqları var. Məhz buna görə AİF 2 ay əvvəl ölkə prezidentinə müraciət ünvanlayıb təklif etdi ki, RİTN-i ləğv edib yerində müstəqil tənzimləyici struktur, həmçinin dövlət idarəçiliyini həyata keçirən struktur yaratsın. Nə qədər ki, Müstəqil Telekommunikasiya Şurası (MTŞ) yaradılmayıb, İKT sektorunun inkişafı yavaşıyacaq və bu cür münaqişələr yaranacaq. Bütün bu anlaşılmazlıqların səbəbi odur ki, RİTN-in bazar subyekti olması onun tənzimləyici funksiyalarını heçə endirir. Özünüz mühakimə edin, indi Aztelekom RİTN-in tapşırığı ilə Azercell-lə rabitə kanallarının işini dayandırıb ki, Azerfon-a kömək etsin. Belə olanda RİTN-in münaqişəni çözəcəyini gözləmək olarmı? Azercell nə etməlidir? RİTN-ə müraciət etsin? Dəfələrlə müraciət edib. Amma nəticəsi olmayıb. Faktik olaraq Azercell-in məhkəməyə müraciət etmək və Azerfon-la rabitəni bağlamaqdan başqa yolu qalmayıb. AİF sədri, “Multimedia” direktoru kimi dəfələrlə Azercell-i keyfiyyət və qiymətə görə tənqid etmişəm. Amma bu münaqişədə Azercell haqlıdır.RİTN-in haqlı olmayan tərəfi müdafiə etməsi Azərbaycana real təhlükə törədir. Bu məsələ investisiyalarla, sahibkarlığın inkişafı ilə, azad bazar yaraılması ilə, ədalət prinsipləri ilə bağlıdır. Sahibkar ədalət məsələsinə çox həssas yanaşır. Məlum oldu ki, münaqişə məhkəmədə davam edəcək.

Ədalətli qərar perspektivi görürsünüzmü?

 Burada iqtisadi məsələlər ikinci plana keçir. Birinci plana siyasi güclər çıxır - gördüyümüz kimi, haqsız tərəf yüksək dairələrdən dəstək aldı. Bizdə məhkəmələr azad olmadığı üçün ədalətli məhkəmə qərarı veriləcəyinə inanmıram. Eyni zamanda, hesab edirəm ki, bu mübarizə uzun çəkəcək. Səhv etmirəmsə, mayın ortalarında TeliaSonera şirkətinin icraçı direktoru Lars Niberq Bakıya gəlib prezident İlham Əliyevlə görüşdü. Məlumdur ki, Azercell bu qlobal korporasya ilə sıx bağlıdır. Niberqin səfərinin əsas məqsədlərindən biri Azərbaycanda 3G texnologiyalarının tətbiqi idi. Bu səfərdən sonra RİTN Azercell-i ayaqlayıb onun rəqibinə “yaşıl işıq” yandırsa, bu, qlobal qarşıdurmaya gətirib çıxaracaq. Bu, Azərbaycan hökumətinə yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, 3G və başqa texnologiyalarda bazar iştirakçılarına bərabər imkanlar yaratmaq lazımdır. Qoy bu mübarizədə yaxşı şirkət qalib gəlsin

BAKI/23.07.09/TURAN


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar