Fontu böyüt:
Texnologiya inkişaf etdikcə gizlində qalanları üzə çıxartmaq daha asan olur. Son zamanlarda gizli çəkən kameralar müxtəlif cihazlar, əşyalar üzərində qurulu satılır. Casus kameraları adlanan bu cihazlar dizaynları ilə də seçilir.
Qol saatı, qələm, qalstuk şəklində olanları daha çox istehsal edilib. Indi isə tamamilə fərqli olan casus kamera hazırlanıb. Qol saatı şəklində olan kamera keyfiyyətli xüsusiyyətləri ilə öndədir. Cihaz həqiqi qol saatından seçilmir. Kiçik, yüngül linza gizlədilmişdir. Yaxından baxıldığında belə diqqəti çox çəkmir.
1.3 megapiksel kamerası 352 x 288 OVU video çəkir və 2GB flash yaddaşa sahibdir. Bu yaddaşla 12 saatlıq video çəkə bilir və şarjı da 12 saatlıq çəkilişə kifayət edir. USB və ya adapter ilə şarj edilən bu saatın qiyməti 150 dollardır.