21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bundan belə, həmin fotolardan azad istifadə etmək olmayacaq.
"PressGazette" bildirir ki, WENN informasiya agentliyi "Twitter" mikrobloqinq servisinin "TwitPic" fotohostinq servisi ilə anlaşma imzalayıb. Sənədin şərtlərinə görə, hostinqdə yerləşdirilmiş bütün fotoşəkillərin satış hüquqları WENN-ə məxsusdur.
"TwitPic" istifadəçilərinin hostinqdə yerləşdirdikləri fotoşəkilləri satmaq hüququna malik olması hər istifadəçi ilə bağlanmış istifadə şərtlərində (terms & conditions) təsdiqlənib.
Bu zaman fotoya sahiblik hüququ istifadəçiyə məxsusdur.
WENN-nin əsas məqsədi dünya şou-biznesinin məşhur simsalarının "TwitPic" vasitəsilə "Twitter"də yerləşdirdikləri fotolardan istifadə imkanlarına yiyələnməkdir.
""TwitPic"in rəsmi tərəf-müqabili olmaq şərəfinə yiyələndiyimiz üçün çoxc şadıq", - WENN-in icraçı direktoru Lloyd Beyni bildirib.
Onun sözlərinə görə, "Twitter"də yerləşdirilmiş bütün fotoların müəllif hüquqlarından azad olması barədə geniş yayılmış təsəvvürlər əsassızdır. O, "TwitPic"dəki fotoşəkillərdən qanunsuz istifadə edən şəxslərə qarşı dərhal mübarizəyə başlaycaqlarını bildirib.
Bir qədər əvvəl WENN digər populyar hostinqdə - "Pilxi"dəki fotoşəkillərlə bağlı bütün hüquqları satın alıb .// Milli.Az