Fontu böyüt:
Microsoft, Ultra Computers və Azerin şirkətlərin konsorsiumu elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun yaradılmasını 2009-cu ildə başa çatdırılmasını planlaşdırır. Bu barədə Microsoft-Azerbaijan şirkətinin baş direktoru Teymur Axundov bildirib.
Həmin konsorsium Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun yaradılmasına dair keçirilən tenderin qalibi elan olunmuşdur.
“2009-cu ilin mart ayında konsorsium layihənin pilot mərhələsini yekunlaşdırmaq niyyətindədir Bu zaman sistemin ilk imkanları nümayiş etdiriləcək və elektron-rəqəmli imzalı ilk kart nümunələri təqdim olunacaq”, - deyə baş direktor qeyd edib, E-Azerbaijan yazır.
Layihə yekunlaşandan sonra ölkənin hər bir vətəndaşı, fiziki və ya hüquqi şəxs həmin kartı əldə etmək və sənədləri elektron üsulla imzalamaq imkanı əldə edəcək.