Fontu böyüt:
Bu gün Bakıda Microsoft Azərbaycan” şirkəti Təhsil Nazirliyi və Azərbaycan İnternet Forumunun birgə həyata keçirdikləri “Uşaqların İnternetdə Təhlükəsizliyi” pilot layihəsinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Teymur Axundovun sözlərinə görə, bir halda ki, İnternet istənilən məlumatları ani şəkildə əldə etməyə imkan verir, nəzərə almalıyıq ki, həmin məlumatlar uşaqlar üçün həm faydalı, həm də çox zərərli ola bilərlər.
Azərbaycanın İnternet forumunun rəhbəri Osman Gündüz öz çıxışında uşaqların internetdə təhlükəsizliyi problemini qloballığı barədə danışıb.
Təhsil nazirinin müavini İradə Hüseynova isə öz çıxışında informasiya kommunikasiya texnologiyalarının bir alət kimi yetişən nəslin biliklərə yiyələnməsində vacib olduğunu qeyd edib. Onun bildirdiyinə görə, atılan addımlar uşaqlara internetdən təhlükəsiz istifadə üçün imkanlar yaradacaq.
Qeyd edək ki, Layihə Microsoft şirkətinin bütün dünyada həyata keçirdiyi “Сhild Safety Online” qlobal proqramının tərkib hissəsidir.
Layihənin əsas məqsədi ictimaiyyətin diqqətini uşaqların mümkün zərərli informasiya təsirindən qorunması üçün onların İnternetdən təhlükəsiz istifadəsi probleminə yönəltməkdən ibarətdir.