İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

RİTN yeni e-xidmətlərin tətbiqinə başlayıb

29.06.2012 [14:46]

Fontu böyüt:      

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni elektron xidmətlərin tətbiqinə başlayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni elektron xidmətlərin tətbiqinə başlayıb. Bu elektron xidmətlər nazirlik tərəfindən qanunvericiliyə müvafiq olaraq ümumilikdə 11 fəaliyyət növünə (telekommunikasiya və poçt xidmətləri, biometrik texnologiyaların yaradılması, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdı­rılması və s.) lisenziyanın, habelə nömrə resurslarının ayrılması, təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin ölkədə yayılmasına, ixrac nəzarətinə düşən mallar üzrə və müəyyən əşyaların dövriyyəsinə xüsusi icazələr verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini nəzərdə tutur.

Hüquqi və fizik şəxslər nazirliyin www.mincom.gov.az  internet saytının “Elektron xidmətlər” bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq  müvafiq fəaliyyət növünü seçir və həmin fəaliyyət növünə uyğun olaraq açılan müraciət formasına elektron imzaları ilə təsdiq etdikləri ərizələri  və müvafiq sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərirlər.

Bundan sonra onların e-poçtlarına müraciətlərinin statusu, təqdim edilmiş sənədlərdəki çatışmazlıqlar, qəbul edilən qərarlar və s. barədə bildiriş göndərilir. Bu elektron xidmətlərlə inzibati prosedurlar elektron formada həyata keçirilir və yalnız yekunda qanunvericiliyə uyğun olaraq lisenziyalar və icazələr fiziki şəxslərə şəxsən, hüquqi şəxslərin isə səlahiyyətli nümayəndəsinə imza etdirilməklə verilir. Fərmanın tələblərindən irəli xidmətlərin göstərilməsi zamanı bəzi zəruri sənədlər müraciət edən şəxslərdən istənilmir və həmin sənədlər barədə məlumat elektron sorğular əsasında aidiyyəti dövlət orqanlarının informasiya ehtiyatından əldə edilir.

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq göstərilən xidmətlərin elektron formada təşkili istiqamətində zəruri tədbirlər davam etdirilir və yaxın zamanda telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi və radiorabitə vasitələrinin qeydiyyatı ilə bağlı yeni elektron xidmətlər istifadəyə veriləcək.  


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar