Fontu böyüt:
HTC firması yeni bir telefon modelini satışa çıxaracaq. Model kompüter kimi də istifadə edilə bilər. HTC Leo XL touch ekranlı iş telefonudur. 11 mm qalınlığında olan telefonun touch ekranı 4.3 düymlükdür. Windows Mobile 6.5 əməliyyat sistemi ilə işləyir.
Telefon yüksək performanslı 1 GHz prosessoru ilə işləyir. İndiyə qədər eyni sürətdə prosessoru istifadə edən tək telefon Toshiba TG01-dir. HSDPA, HSUPA, WLAN və cüt LED-li 5 Megapiksel kamera da HTC Leo-nun xüsusiyyətləri arasında iştirak edir. HTC Leo-nun 2009-cu ilin sonunda və 2010-cu ilin əvvəllərində satışa çıxarılacağı gözlənilir.