Fontu böyüt:
Müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən televiziya 1956-cı il fevralın 14-də ağ-qara təsvirləri ilə ilk yayıma başlayıb. Televiziyanın fəaliyyətə başlaması ölkənin mədəni, ictimai-siyasi həyatında böyük hadisəyə çevrilib.
Azərbaycan tamaşaçısı sehrli qutu adlandırılan televiziyanın efirində ilk dəfə «Bəxtiyar» filmini seyr edib. İlk vaxtlar televiziyanın yayımı yalnız Bakı və Sumqayıtı əhatə edib.
Bir il sonra -1957-ci ildə isə televiziya əhatə dairəsini genişlənərək Salyan, Quba, Kürdəmir və Azərbaycanın digər rayon və şəhərlərində də yayımlanmağa başlayıb.