21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Google şirkəti I/O konfransı çərçivəsində Android mobil əməliyyat sisteminin yeni versiyasını nümayiş etdirib. Ice Cream Sandwich adlandırılmış yeni versiya 2011-ci ilin dördüncü rübündə buraxılacaq. Ice Cream Sandwich platforması ilə müxtəlif mobil qurğular, o cümlədən smartfon və planşet kompüterlərin işləyəcəyi qeyd olunur.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni Android versiyasında yalnız planşet kompüterlər üçün nəzərdə tutulmuş bundan əvvəlki Honeycomb platformasının bir çox xüsusiyyətləri təkrarlanır.
Konfrans zamanı Google nümayəndələri bildiriblər ki, dünya üzrə işlək Android-qurğuların sayı yüz milyonu keçib. Bu mobil platformanı 36 istehsalçı öz məhsullarında tətbiq edir. Android Market internet-mağazasında isə 200 mindən artıq müvafiq proqram əlavələri mövcuddur.
Bundan əlavə Google özünün musiqi servisinin test versiyasını da istifadəyə verib. Hələ ki, yeni servisdən yalnız ABŞ istifadəçiləri faydalana bilir.
Servis çərçivəsində hər bir istifadəçi 20 minə kimi musiqi kompozisiyası yükləmək imkanı əldə edir, bundan sonra həmin faylları digər kompüter və mobil qurğularda açmaq mümkün olacaq. Yüklənilmiş musiqi yalnız dinləmək üçün nəzərdə tutulur. Google-un bu addımı piratlıqla mübarizə istiqamətində atılıb.
Yeni servis cari ilin mart ayında işə salınmış Amazon Cloud Drive “bulud” musiqi servisi ilə rəqabət aparmalıdır. Amazon Cloud Drive çərçivəsində istifadəçilər üçün beş qiqabayt həcmində pulsuz “bulud” sahəsi təqdim olunur. Onlayn mağazadan mp3 formatında albom əldə edildikdə sözügedən sahə 20 qiqabaytadək genişlənir. Bundan əlavə Amazon Cloud Drive servisində ildə 20 ABŞ dolları ödəməklə 20 qiqabaytlıq virtual yer icarəyə götürmək olar. Google-un musiqi servisi tam pulsuz olacaq.