Fontu böyüt:
İntel masaüstü və server kompüterlərində möhkəm bir yerə sahibdir. Bununla kifayətlənmək istəməyən İntelin növbəti planı isə son dövrdə parlayan ulduzu Atom prosessorlarını cib telefonu bazarına yönləndirməkdir.
Cib telefonu prosessorlarında axtarılan ən əhəmiyyətli xüsusiyyət aşağı enerji istehlakının olmasıdır. Hal-hazırda telefonlarda istifadə edilən Qualcomm, Texas Instruments və STMicroelectronics kimi firmaların prosessorlarının hamısının altında ARM imzası var.
İngiltərə şirkəti olan ARM ən çox az enerji istehlaklı prosessorlarıyla məşhurdur. İntel isə bunun əksinə yüksək performanslı, yüksək enerji istehlaklı prosessorlaristehsal edir. İntel Atom buraxılışı isə aşağı güc istehlakı ilə ən çox netbooklarda istifadə edilir.
İndi İntelin məqsədi Atom prosessorlarını təkmilləşdirməklə cib telefonu bazarına girməkdir. Buna görə də, İntel 2011-ci ildə daha az enerji istehlak edən 32nm-lik Medfield Atom prosessorlarını satışa çıxarmağı planlaşdırır. İntel ARM şirkəti ilə güclü rəqabət aparmaqda davam edir.