İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Mərkəzi Banka Azerpoçta lisenziya verdi

06.07.2010 [12:27]

Fontu böyüt:      

14 oktyabr 2005-ci il tarixindən etibarən icra olunmağa başlanan və “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş Maliyyə xidmətlərinin inkişafı layihəsi başa çatıb. Layihə çərçivəsində Mərkəzi Bank tərəfindən “Maliyyə xidmətləri göstərməsi üçün milli poçt rabitəsi operatoruna lisenziya verilib.

14 oktyabr 2005-ci il tarixindən etibarən icra olunmağa başlanan və “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş Maliyyə xidmətlərinin inkişafı layihəsi başa çatıb. Layihə çərçivəsində Mərkəzi Bank tərəfindən “Maliyyə xidmətləri göstərməsi üçün milli poçt rabitəsi operatoruna lisenziya verilərək, bu fəaliyyətə dair prudensial tənzimləmə qaydaları” hazırlanmış, həmçinin “Azərpoçt” MMC-nin yeni nizamnaməsi qəbul edilmişdir.

Mərkəzi Bank tərəfindən Azərpoçt MMC ilə yanaşı onun Bakı filialları və onların bəzi şöbələrinə də maliyyə xidmətlərinin göstərmələri üçün xüsusi icazələr verilmişdir. Hazırda təşkilati-texniki baxımdan tələblərə cavab verən poçt filial və şöbələrinin mərhələli şəkildə lisenziyalaşdırılması prosesi həyata keçirilməkdədir.

Bundan əlavə layihənin icra olunduğu illər ərzində “Azərpoçt” MMC-nin bütün əməliyyat və xidmətlərinin avtomatlaşdırılmasını nəzərdə tutan Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin tətbiqi də uğurla həyata keçirilmişdir.
Layihə çərçivəsində qoyulmuş məqsədlərə nail olunması istiqamətində əsaslı işlər görülmüşdür. İlk növbədə “Azərpoçt” MMC-yə texniki yardım göstərmək məqsədilə beynəlxalq məsləhətçi şirkət cəlb edilmişdir. İki ildən artıq müddət ərzində əməkdaşlıq nəticəsində beynəlxalq şirkətin məsləhətçiləri tərəfindən “Azərpoçt” MMC-də institusional quruculuğun həyata keçirilməsinə yardım göstərilmiş, mühasibat uçotu, büdcə, risklərin və likvidliyin idarə edilməsi, daxili audit, İT, İT təhlükəsizlik, poçt şöbələrinin yenidən qurulması və s. modullar üzrə məsləhət xidmətləri göstərilmişdir.

Layihənin ən vacib sub-komponentlərindən biri “Azərpoçt” MMC-nin zəruri İT avadanlıqları ilə təchizatı olmuşdur. Bu məqsədlə, ilk olaraq baş idarə tam avtomatlaşdırılmış, daha sonra Bakı şəhərində və digər rayonlarda yerləşən poçt filial və şöbələri üçün ən müasir parametrlərə malik olan kompüter avadanlıqları alınmışdır.
Layihə çərçivəsində həmçinin, “Azərpoçt” MMC-də struktur dəyişikliyi həyata keçirilmiş, ilk olaraq “Azərpoçt” MMC-nin aparatının, daha sonra poçt filiallarının və şöbələrinin strukturu yenidən qurulmuşdur.

Dünya Bankının “Maliyyə Xidmətlərinin İnkişafı” layihəsi üzrə missiya rəhbəri cəban Maykl Edvards layihənin tamamlanması ilə əlaqədar olaraq cari ilin 25-30 iyun tarixlərində sonuncu nəzarət missiyasını həyata keçirmiş, layihə çərçivəsində əldə olunmuş nəticələri ümumilikdə müsbət qiymətləndirmiş və yerlərdəki poçt filial və şöbələrində baxış keçirmişdir.
Milli ödəniş sisteminin inkişafını dəstəkləyən layihədə “Azərpoçt” MMC-nin mövcud bazasından istifadə etməklə əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilərək, 1200 poçt şöbəsi vasitəsilə müştərilərə geniş həcmli xidmətlər təklif etmək imkanı yaradılmışdır.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar