İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Luminiset lampaları: sərfəli qənaət, yoxsa həyati təhlükə?

13.10.2009 [10:45]

Fontu böyüt:      


Böyük Britaniyadan olan 62 yaşlı pensiyaçı Valeri Hemsli-Flint həyatının sonunadək özünü təmin etmək üçün 1100 ədəd közərmə lampası (İliç lampası) alıb. Bunun üçün öz pensiya fondundan 500 funt sterlinq xərcləməli olub.

“Daily Mail” qəzetinin yazdığına görə, qadının bu addımı Avropa Birliyi (AB) ölkələrində sentyabrın 1-dən közərmə lampalarının istehsalı, idxalı və satışına qadağa qoyulması ilə bağlıdır. Keçmiş müəlimə olan Valeri Hemsli-Flint isə adi lampaların əvəz edildiyi enerji qənaətli lampaların oxumaq üçün kifayət qədər parlaq olmadığını bildirir. Həm də enerji qənaətli lampanın yandırılması zamanı yaranmış titrəmə adamlara pis təsir edir, epilepsiyalara səbəb olur.
Bu yenilik AB dəyərlərini yavaş-yavaş qəbul edən Azərbaycanda da tətbiq edilə bilər.

Azərbaycanlı ekspertlər isə luminiset lampaları (enerji qənaətli lampalar) insan həyatı üçün təhlükəli sayırlar. Ovtomoloq-həkim Səfər Səfərov bildirir ki, luminisent lampaları daha çox gözə ziyandır. Həkimin sözlərinə görə, həmin lampalar yanarkən müəyyən amplituda şəklində əsmə baş verir ki, insan gözü həmin hers tezliyini qavraya bilmir. Əsmə nəticəsində gözün kiprik əzələləri yorulur, gözün hərəkətində əmələ gələn gərginlik isə spazm yaradır.

S. Səfərov luminiset lampalarından ofislərdə, evlərdə istifadə etməyi məsləhət görmür: “Bu tip lampalardan yalnız qısa zamanda istifadə etmək mümkündür, uzun muddətli istifadəsi ziyanlıdır”.

Ekoloq Telman Zeynalov da luminiset lampalarının insan orqanizmi üçün ziyanlı olduğunu, xərçəng xəstəliyi yaratdığını əsas gətirərək Azərbaycanda bu tip lampalara keçilməsini erkən atılmış addım hesab edir. Onun sözlərinə görə, bu lampalara keçməmişdən əvvəl istifadə edilmiş lampaların təkrar istehsalı üçün müəssisələr yaradılmalıdır. “İstifadə olunmuş yararsız lampalar ətraf mühitin, suyu çirklənməsi ilə nəticələnə, xəstəliklərin yaranmasına səbəb ola bilər. Hər gün zibilliyə atılan yüzlərlə lampanın zibillərlə birlikdə yandırılması zamanı onlardan qalхan tüstü ekologiyaya ciddi zərər vurur. Çünki onların tərkibində civə ilə yanaşı, bir sıra kimyəvi maddələr də var”, deyə T. Zeynalov bildirir.

Ekoloq məsləhət görür ki, közərmə lampalarından istifadəni hələlik davam etdirmək lazımdır.
Azərbaycan Texniki Universitetinin baş müəllimi Sakit Niftiyev isə bildirir ki, luminiset lampalarının ən zərərli cəhəti titrəmə effektinin olmasıdır ki, nəticədə gözlər yorulur. Titrəmə nəticəsində işığın təsirindən hətta dəzgahın fırlandığı hiss olunmur. Həmin lampaların istifadəsi zamanı rənglər təhrif olunur. Müəllimin sözlərinə görə, köhnə elektromaqnit qoşulma sistemli luminiset lampalarından fərqli olaraq, indi tətbiq olunan elektron sistemli lampalarda titrəmə tənzimlənir.

S.Niftiyev bu cür lampaların evlərdə istifadəsini normal hesab etsə də, mütaliənin ziyanlı olduğunu deyir. Bu lampalar uzun müddətli yandırma üçün effeklidir, tez-tez yandırıb-sondürmək olmaz.
Millət vəkili Nazim Məmmədov isə qənaətcilik baxımından bu cür lampaların Azərbaycanda da tətbiqini məqsədəuyğun hesab edir. Həmin lampaların insan orqanizminə ziyanlı olması ilə bağlı fikirlərin şübhə doğurduğunu deyən millət vəkili bunu piarın təkib hissəsi hesab edir. “Qənaətli lampaların tətbiqi ilə adi lampa istehsalçıları ilə məşğul olan zavodların bazarda rəqabətə dözümlülüyü azalır, sıradan çıxma təhlükəsi yaranır. Avropada istehsal olunan mallar ekoloji baxımdan yoxlandıqdan sonra tətbiqinə icazə verilir. Hesab edirəm ki, luminiset lampaları elektrik enerjisinin qənaəti baxımından sərfəli texnologiyadır və onun tətbiqi müsbət qarşılanmalıdır. Azərbaycanda bu tip lampaları istehsal edən zavod olmasa da, bu texnologiyanı respublikaya gətirmək lazımdır”.

S.Niftiyev söylənilən neqativ hallara baxmayaraq, luminiset lampalarının qənaətli və istismarının uzunmüddətli olmasını inkar etmir. Onun fikrincə, luminiset lampalarında enerji sərfiyyatı 5 dəfə az olduğundan bunun Azərbaycanda tətbiq olunması enerji sərfiyyatını xeyli azaldar. Belə ki, 20 Vatt-lıq lampanın verdiyi işıq közərmə lampasının 100 Vatt-ına bərabərdir, istismar müddəti isə 2000-20 000 min saatdır.

Mütəxəssis luminiset lampalarının ətraf mühit üçün zərərli olduğundan lampa tullantılarının utilizasiya yolu ilə ləğvini vacib sayır: “İstifadəsi başa çatmış lampaları zibilliyə atmaq olmaz. Onun tərkibində 40-60 milliqram civə var, ona görə də tullantısı kimyəvi yolla zərərsiləşdirilməlidir. Əks halda ətraf mühit zəhərlənə bilər”.

Bununla belə, Azərbaycan bazarlarında luminiset lampaları satılır və bu lampalar heç də hər zaman keyfiyyət normalarına cavab vermir. http://anspress.com/


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar