İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

'Facebook'dan ən çox istifadə edən ölkə hansıdır?

02.09.2010 [04:05]

Fontu böyüt:      

Hazırda dünya miqyasında istifadəçilərin sayına görə digər saytları və sosial şəbəkələri geridə qoyan \"Facebook\" şəbəkənin rəsmi statistik hesabatını açıqlayıb. Qaynar.info xəbər verir ki, hesabatda 2010-cu ilin fevral ayından avqustun ayınadək olan nəticələr göstərilib. Beləliklə Facebook-dan ən çox istifadə edilən ölkələrin beşliyi belədir:

Hazırda dünya miqyasında istifadəçilərin sayına görə digər saytları və sosial şəbəkələri geridə qoyan "Facebook" şəbəkənin rəsmi statistik hesabatını açıqlayıb.  Hesabatda 2010-cu ilin fevral ayından avqustun ayınadək olan nəticələr göstərilib. Beləliklə Facebook-dan ən çox istifadə edilən ölkələrin beşliyi belədir:

1. ABŞ                         132 810 940 istifadəçi

2. Birləmiş Krallıq         27 806 860   istifadəçi

3. İndoneziya                  27 338 560  istifadəçi

4. Türkiyə                       23 516 140  istifadəçi

5. Fransa                        19 444 660   istifadəçi

Hal-hazırda ABŞ-da facebook istifadəçilərin sayı 132 810 940 nəfərdir. Bunların   57 742 980  (44 %)  kişilər, digər  72 559 980 (56%)  isə qadınlardır. Ölkədə sosial şəbəkənin cəmiyyətdəki daxilə nüfuz etmə səviyyəsi 43.68 %, onlayn olaraq daxilə keçmə (populyarlıq)  58.32 %-lə müəyyənləşdirilib. Nəticələrdən məlum olur ki, son altı ayda qadın istifadəçilərin sayı ciddi surətdə artıb. Həmçinin əks cinsin nümayəndələri olan kişi istifadəçilərin sayı da kəskin surətdə azalıb. Nəticələrə görə son üç ayda yaş bölgüsü üzrə kateqoriyalarda 18-24  və 25-34 arası yaşı olan istifadəçilərin sayı üstünlük təşkil edir.Verilən diaqram göstəricilərində bunu aydın görmək olar.

Birləşmiş Krallıqda bu sosial şəbəkədən 27 806 860 insan istifadə edir. Həmin istifadə edənlərin 13 005 320 nəfəri kişi, bu da ümumi istifadəçilərin 48 faizini, digər 13 944 760 istifadəçi yəni 52 faizi qadındır. Krallıqdakı məşhurluğu (nüfuzu)  45.5 %-dir. Onlayn populyarlıq isə 59.56 % dəyərində qiymətləndirilib. Vəziyyət burada da eynidir,qadınlar azlıq təşkil etmirlər. 35-44 yaşlı istifadəçilər faiz etibarı ilə çoxdur.

Facebookda İndoneziyalıların  27 milyon 338 min 560 akkauntu ( profil qeydiyyatı-hesabı) var.
Kişi istifadəçilər 16 200 160 (60%) olduğu halda qadın istifadəçilərin sayı 11 016 320 (40%)  Cəmiyyət arasındakı (daxilə nüfuz etməsi) populyarlığı:11.38 % Onlayn olaraq informasiya cəmiyyətindəki populyarlığı: 91.13 %-lə ölçülür. İndoneziyada tam əksinə başqa bir tendensiya hökm sürür. Ölkədə kişi istifadəçilərinin sayı daha çoxdur, çünki fərq 20 %-dir. Bu ölkədə face-dən ən çox istifadə edən 18-24 yaşlı gənclərdir.

Facebookdan Türkiyədə  istifadə edənlərin sayı  23 milyon 516 min 140-dır. Kişi istifadəçilərinin sayı 14 milyon 432 min 520 (64%), qadın istifadəçilərin sayı isə 8 milyon 54 min 980  (36%) nəfər hesablanıb.Türkiyə cəmiyyərində  Facebook-un məşhurluğu 30.62 %, onlayn olaraq Türkiyədə Facebook-un  88.74 %-lə dəyərləndirilib. Ölkədə 18-24 yaşlı istifadəçilər facebook-dan daha çox istifadə edirlər.

Fransada Facebookda istifadəçilərin sayı 19 milyon 444 min  660 nəfərdir. Facebook-da kişi istifadəçilərinin sayı: 9 148 020 (48%), qadın istifadəçilərin sayı (52%) 9 847 740-dır. Əhali arasındakı Facebookun populyarlığı isə 31.29 %-lə ölçülüb. Onlayn olaraq   face-in populyarlığı bu ölkədə  45.12 %-lə ölçülür. 18-24, 25-34 yaşlı yeniyetmə və gənclər istifadəçi kimi öndədirlər.

mənbə: qaynar.info


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar