İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

”Azercell” jurnalistlər üçün yeni tarif paketini təqdim edir

04.03.2011 [21:48]

Fontu böyüt:      

"Azercell Telekom MMC"nin mətbuat xidmətindən verilən məlumata görə, bu tarif paketi Azərbaycan Respublikasında fəaliyyət göstərən və rəsmi qeydiyyatdan keçmiş qəzet, jurnal, televiziya, radio və internet nəşrlərində işləyən şəxslərə aiddir. “Mediacell” tarif paketi mobil telefondan çox istifadə edən təbəqələrdən biri – jurnalistlərin daha sərfəli danışmasına imkan yaradır. Onlar həm şəbəkəyə daxil olan abonentlərlə, həm də istənilən istiqamətdə etdikləri digər zənglərin qiymətində güzəşt əldə edirlər.

Azercell Telekom MMC jurnalistlərin təşəbbüsünə cavab olaraq “Mediacell” tarif paketini istifadəyə verir. Bu gündən etibarən işə salınan bu şəbəkə daxilində abonentlər üçün çox sərfəli tariflər tətbiq edilir. 

"Azercell Telekom MMC"nin mətbuat xidmətindən verilən məlumata görə, bu tarif paketi Azərbaycan Respublikasında fəaliyyət göstərən və rəsmi qeydiyyatdan keçmiş qəzet, jurnal, televiziya, radio və internet nəşrlərində işləyən şəxslərə aiddir. “Mediacell” tarif paketi mobil telefondan çox istifadə edən təbəqələrdən biri – jurnalistlərin daha sərfəli danışmasına imkan yaradır. Onlar həm şəbəkəyə daxil olan abonentlərlə, həm də istənilən istiqamətdə etdikləri digər zənglərin qiymətində güzəşt əldə edirlər. 

“Mediacell” şəbəkəsinə üzv olan jurnalistlər bu şəbəkəyə üzv olan həmkarlarına etdikləri zəngin 1 dəqiqəsi üçün 2 qəpik ödəyirlər. Eyni tarif “Mediacell” üzvlərinin “Bizklub” üzvlərinə zəngi üçün də keçərlidir. “Mediacell” şəbəkəsinə daxil olan abonentlər Azercell abonentləri ilə dəqiqəsi 7 qəpik tarifi ilə danışacaqlar. 

“Mediacell” paketini seçən abonentlər şəbəkəxarici zənglərin 1 dəqiqəsi üçün 10 qəpik ödəyəcəklər. SMS-lər üçün isə (qısa nömrələrə və rouminq zamanı göndərilən SMS-lər istisna olmaqla) 3 qəpik, MMS isə 10 qəpik tarifi nəzərdə tutulub. Şəbəkəyə üzv olan media işçiləri hətta beynəlxalq zənglər üçün də endirimlər əldə edirlər. Bundan əlavə, abonentlərin “Əzizlərim” kampaniyasında iştirak edən nömrələrə zəngləri üçün də əlavə güzəştlər tətbiq edilir.

“Mediacell” paketinə qoşulmaq üçün KİV nümayəndələri iş yerindən arayış, jurnalist vəsiqəsi və şəxsiyyət vəsiqəsini müştəri xidmətlərinə təqdim etməlidirlər. Onlar öz nömrələrini yeni paketə keçirə bilərlər. Yalnız bu tarif paketinin istifadəçiləri üçün Azercell-dən Mediacell-ə qoşulmuş hər bir şəxsə bu tariflə pulsuz əlavə 1 yeni nömrə də veriləcək. Media işçiləri bu əlavə nömrəni istənilən şəxsə verib, onunla daha sərfəli qiymətlə danışmaq imkanı əldə edəcəklər. Hüquqi şəxslər isə “Mediacell” paketinə qoşulmaqla əlavə 3 pulsuz nömrə ala bilərlər. 

Yeni “Mediacell” tarif paketi haqqında ətraflı məlumatı www.azercell.com saytından əldə etmək olar.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar