21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Qualcomm Amerika telekommunikasiya məhsulları şirkəti mobil telefon istifadəçilərinin daha gec-gec telefon dəyişdiyini görüb. Reuters xəbər verir ki, bu barədə şirkətin rəhbəri Pol Yakobs CNBC kabel televiziyasına müsahibə verən zaman söyləyib.
Yakobsun sözlərinə görə, son zamanlar istifadəçilərin mobil telefonların dəyişmə tsikli uzadılıb.
Bu onunla izah olunur ki, Yaponiya və Cənubi Koreya kimi ölkələrin müştəriləri öz cib telefonlarını daha çox qorumağa başlayıblar. Şirkət rəhbəri onu da qeyd edib ki, alıcının yaşadığı regiondan asılı olaraq eyni telefondan istifadə müddəti bir ildən iki ilə qədər uzanacaq.
Amerikalılar da mobil telefonlardan az istifadə etməyə başlayıblar. NPD Group araşdırma şirkətinin göstəricilərinə görə, 2008-ci ilin ikinci kvartalında ABŞ sakinləri 28 mln. mobil telefon alıblar. Bu da alıcıların ötən illə müqayisədə 13 % aşağı olmasını göstərir. alışın azalması artıq 3 kvartal ardıcıl hiss olunur. Belə ki, aprel-iyun aylarında satılan telefonlar əvvəlkilərə nisbətən daha bahalı və funksionaldırlar. Bu müddət ərzində mobil bazarın həcmi 2,4 milyard dollar təşkil edib ki, bu da ötənilki nəticələrdən 2 % aşağıdır.
O da qeyd olunur ki, ABŞ-ın alıcıları ən çox Motorola telefonlarından istifadə ediblər.