İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Facebookun müsbəti və mənfisi

08.01.2011 [13:37]

Fontu böyüt:      

İnternet yalnız azad və sərbəst bir məkan deyil, onun vasitəsilə siyasətçilər rəqiblərini izləyir, ictimai fikirə təsir edir. Bununla bağlı bir qrup ekspert araşdırma aparıb. Həmin araşdırma ilə bağlı «The Sunday Times» qəzetində dərc edilən materialda qeyd olunur ki, Facebook və Twitter kimi sosial şəbəkələr heç bir senzura olmadan maraqlı dairələrin öz istəklərinə çatmasına imkan yaradır. Ekspertlər belə bir misal də gətirirlər ki, 2009-cu ildə İranda prezident seçkilərindən sonra etiraz kampaniyası

İnternet yalnız azad və sərbəst bir məkan deyil, onun vasitəsilə siyasətçilər rəqiblərini izləyir, ictimai fikirə təsir edir. Bununla bağlı bir qrup ekspert araşdırma aparıb. Həmin araşdırma ilə bağlı «The Sunday Times» qəzetində dərc edilən materialda qeyd olunur ki, Facebook və Twitter kimi sosial şəbəkələr heç bir senzura olmadan maraqlı dairələrin öz istəklərinə çatmasına imkan yaradır.

Ekspertlər belə bir misal də gətirirlər ki, 2009-cu ildə İranda prezident seçkilərindən sonra etiraz kampaniyası vüsət almışdı. Müxalif yönümlülərin isə Twitter-dən fəal istifadə etməsi bir çox siyasətçiləri əməlli-başlı ruhlandırmışdı. Bir çoxları isə bu sosial şəbəkə vasitəsilə İran kimi avtoritar rejimlərə son qoyulacağına inanmağa başlayaraq, Twitter-ə Nobel Sülh mükafatı təqdim edilməsini irəli sürmüşdülər. Amma ekspertlərin qənaətincə, bu çox davam etmədi. Tez bir zamanda bu hərəkat zəiflədi və İran polisi onun başında duranları məhz elə sosial şəbəkələrdəki səhifələr vasitəsilə axtarmağa başladı. Ölkədən kənarda yaşayan iranlıların ünvanları, iş yerləri tapıldıqdan sonra həmin etirazçıların İranda yaşayan qohumlarını təhdid etməklə hakimiyyət vəziyyəti öz xeyrinə dəyişə bildi. Elə bundan sonra həmin Twitter-də İran və onun prezidenti haqda çox xoş fikirlər yazılmağa başladı.

Qəzet yazır ki, sosial şəbəkələr vasitəsilə bir sıra ölkələr ictimai şüura təsir etməyin yollarını tapıblar. Məsələn, Çində «50 sentlik ordu» adlanan böyük bir qrup fəaliyyət göstərir. Bu qrupa 280 min bloqqer daxildir. Onların vəzifəsi forumlar və sosial şəbəkələrdə mövzuları lazımi istiqamətdə yönəltməkdir. Ehtimallara görə isə hər bir bloqqer mövzu altında yazılan şərhə görə 50 sent alır. İndiyədək internetin dinlər və insanlar arasında sərhədləri qırmasına dair təsəvvür mövcud idi. Amma aparılan araşdırmalar göstərir ki, internet dinlər, millətlər və mədəniyyətlər arasında sərhədləri daha da böyüdən tendensiyaları sürətləndirir və qlobal siyasətə əlavə çətinliklər, fikir ayrılığı gətirir.

Eyni zamanda, sosial şəbəkələr bir insan haqda dolğun informasiya almağa kömək edir və bundan da lazımi qurumlar yaxşıca yararlanırlar.

Massaçusets Texnologiya Universitetinin apardığı araşdırmaya görə, insanın virtual dostları vasitəsilə onun hansı seksual oriyentasiyaya malik olduğunu müəyyən etmək olar. Alimlər «dostunu göstər, deyim kimsən» məsəlini rəhbər tutaraq bildirirlər ki, sosial şəbəkədəki səhifədə sadəcə insanın 8 dostu barədə məlumat bəs edir ki, onun üzdə olmayan xüsusiyyətləri, məşğuliyyəti, maraq dairəsi haqda dolğun informasiya əldə etmək mümkün olsun. Qəzet həmçinin, Qərb ölkələrinin də internetə nəzarəti gücləndirmək niyyətindən yazır. Belə ki, Avropa internetin sərbəst məkan olduğunu bildirsə də, artıq bir neçə ildir yüklənmələri qadağan etməyə çalışır. Britaniya isə istifadəçilərin yazışmalarını oxumağa imkan verə biləcək proqram qəbul etməyə çalışır. ABŞ-da WikiLeaks saytı ilə bağlı hadisələrdən sonra internetə total nəzarət mexanizmləri üzərində iş aparılır. /// merkez.az"


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar