İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azerfon” Azərbaycan İnvestisiya Sammitini dəstəkləyir

04.03.2011 [03:04]

Fontu böyüt:      

Martın 3-də Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və “Euroconvention Conferences” şirkətinin təşkilatçılığı və Azerfon şirkətinin dəstəyi ilə Azərbaycan İnvestisiya Sammiti başlayıb.
Martın 3-də Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və “Euroconvention Conferences” şirkətinin təşkilatçılığı və Azerfon şirkətinin dəstəyi ilə Azərbaycan İnvestisiya Sammiti başlayıb.

Tədbirdə Azərbaycandan 130, ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Rusiya, və digər ölkələrdən 40-dan çox rəsmi şəxs və iş adamları iştirak edir.

Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, ölkədə telekommunikasiya sektorunun inkişafı, bu sahənin investisiya imkanları və gələcəyə yönəlik layihələr üçün münbit şərait yaradılıb. 

Azerfon şirkətinin baş direktoru Yurgen Pitz bildirib ki, “Telekommunikasiya sektorunda Azerfon şirkəti öz inkişaf yolunda quruculuq mərhələsini müvəffəqiyyətlə başa vurub və hazırda təkmilləşdirilmiş şəbəkəyə malik olaraq müştəri bazasının artırılması üzərində çalışır. Azərbaycan MDB regionunda İKT sahəsi üzrə ən sürətli inkişaf göstəricilərinə malikdir. Belə inkişaf templərini nümayiş etdirən Azerfon MMC-nin də sözsüz ki, ölkə iqtisadiyyatının inkişafında payı vardır. Azerfon özünün innovativ məhsul və xidmətləri ilə ölkənin telekommunikasiya sahəsinə bir canlanma gətirdi. Azerfon ilk dəfə olaraq danışıqların tarifikasiyasını manatla apardı, dünya mobil rabitəsinin nəhəngi Vodafonu Azərbaycan gətirdi, ən qabaqcıl rouminq xidmətləri və ilk dəfə olaraq 3G texnologiyasını tətbiq etdi. Biz bununla fəxr edirik”, - deyə, o qeyd edib.

Sammitdə “Dünyada sürətlə inkişaf edən sahələrdən biri kimi alternativ enerji bazarı” və “Kənd təsərrüfatı və qida sənayesində açılan dayanıqlı biznes imkanları” mövzularında məruzələr dinlənilib, daha sonra ölkədə telekommunikasiya sektorunun inkişafı, bu sahənin investisiya imkanları, nəqliyyat və yol infrastrukturu ilə bağlı müzakirələr aparılıb. 

Tədbirə olan marağın özü Azərbaycanda xarici investorların fəaliyyəti üçün hər cür şəraitin yaradılması, ölkəmizin uğurlu investisiya məkanı kimi tanınması kimi dəyərləndirilir. İnvestorların məqsədi Azərbaycanı öyrənmək və buradakı investisiya mühiti barədə məlumat almaqdır. 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar