Fontu böyüt:
Avropa Komissiyası 2010-cu ilin əvvəlində dördüncü nəsil mobil şəbəkə texnologiyalarının işlənməsinə 18 mln. avro məbləğində sərmayə yatırmaq niyyətindədir.
APA-nın məlumatına görə, simsiz rabitənin qlobal standartı olan 4G (LTE texnologiyası) mobil telefonları güclü portativ kompüterə çevirəcək və onların milyonlarla yeni istifadəçiləri mobil telefon vasitəsi ilə internetə yüksək sürətlə daxil olmaq imkanından yararlana biləcəklər. Nəticədə, rəqəmsal texnologiyalar iqtisadiyyatında önəmli artım perspektivləri və görünməyən imkanlar yaranacaq.
Avropa Komissiyasının məlumatına əsasən, simsiz texnologiyalar sahəsində son tədqiqatlar mobil internetdə 100 MB/s-dək sürət əldə etməyə imkan verir, bu da 3G texnologiyalarında istifadə olunan sürətlərdən 10 dəfə çoxdur.Hazırda dördüncü nəsil məlumat ötürmə texnologiyaları Finlandiya, Almaniya, Norveç, İspaniya, İsveç və Böyük Britaniyanın mobil şəbəkələrində testləşdirilir. İsveç və Norveçdə istifadəçilər artıq 2010-cu ilin ilk yarısında yeni texnologiyanın məhsullarından istifadə edə biləcəklər.