Fontu böyüt:
Azərbaycanda poçt tarifləri artırıla bilər.
Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda poçt tariflərinin qaldırılmasına zərurət var: “Hazırda müvafiq orqanlar tərəfindən bu məsələyə baxılır”.