21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Medvedyevin video-blogundan 2 gün ərzində 4 min nəfər qeydiyyatdan keçib
Rusiya prezidenti Dmitri Medvedyev aktiv internet istifadəçisidir. Qaynar.info-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Medvedyev hər səhər işə bazlamazdan əvvəl internetə baş çəkir. İlk öncə xəbər saytlarına göz gəzdirir.
Prezidentin sözlərinə görə, o, "Odnoklassniki" saytında indiyə qədər 630 nəfər "Dmitri Medvedyev"lə tanış olub. "Onlar bir çox xüsusiyyətlərinə görə mənə oxşayırlar"- deyə Medvedyev bildirib.
Qeyd edək ki, Rusiya prezidentinin rəsmi saytı da var: Kremlin.ru. Bu saytda Medvedyevin aktiv video blogu da fəaliyyət göstərir. Blogda Rusiya prezidenti vaxtaşırı olaraq, müxtəlif mövzularda yazılar, o cümlədən səfər qeydlərini qələmə alır. Bazar ertəsindən etibarən isə blogda oxuculara da qeydiyyatdan keçməklə şərh yazmaq, prezidentin yazı və fikirlərinə münasibət bildirmək imkanı verilib. Qısa müddət ərzində blogdan 4 minə yaxın istifadəçi qeydiyyatdan keçib. Medvedyev söz verib ki, hər bir şərhi çox diqqətlə oxuyacaq.
Qeyd edək ki, Medvedyev həm də orta məktəblərdə təhsil və maarifləndirici saytlardan başqa bütün digər saytlara kütləvi blok qoymaq fikrini irəli sürənlərin əsas əleyhdarlarından biridir. O, müasir həyatı və dünyanı internetsiz təsəvvür etmir. Prezident, Rusiyada internetin qiymətlərinin aşağı düşməsi, əvəzində sürət və başqa göstəricilərinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.
xeberler.az/Ellada