Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 21 iyun 2013-cü il tarixdən etibarən yarımfinala çıxan startupların final mərhələsinə start verilib. Startup Azərbaycan Ekspertləri 15 Yarımfinalçı arasından ən yaxşılarını finalçılar olaraq seçəcəklər .
Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 21 iyun 2013-cü il tarixdən etibarən yarımfinala çıxan startupların final mərhələsinə start verilib. Startup Azərbaycan Ekspertləri 15 Yarımfinalçı arasından ən yaxşılarını finalçılar olaraq seçəcəklər .
Məlum olduğu kimi Startup Azərbaycan Müsabiqəsinə təqdim olunan 26 Layihədən 15 Layihə yarımfinala vəsiqə alıb. Bu startupların komanda üzvləri üçün xarici ekspertlərin də iştirakı ilə Təlimlər keçirilib. Təlimlərdən sonra startuplar daha təkmil formada biznes-planlar təqdim ediblər .
İndiki mərhələdə Ekspertlər mövcud meyarlara uyğun olaraq startupların yenidən qiymətləndirməsini aparacaqlar. Ekspertlər bu mərhələdə yalnız yarımfinalçıların təqdim etdikləri biznes-planları analiz etməklə kifayətlənməyəcəklər. Belə ki bu mərhələdə Yarımfinalçılar həm də offlayn formada Ekspertlər qarşısında öz Layihələri haqqında təqdimat edəcəklər. 22 iyun tarixdə keçiriləcək bu tədbirdə hər bir startup komandasına Təqdimat üçün 6-7 dəqiqə vaxt ayrılacaq.
Finalçılar 04 iyul tarixdə keçirilməsi nəzərdə tutulan yekun təqdimat mərasimində élan olunacaq. Finalçılara Diplomlar və müxtəlif qiymətli hədiyyələr təqdim ediləcək.
Finala çıxan startuplarla investorların qapalı görüşünün də (pitç sessiya) 4 iyul tarixdə keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfi Pro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az
Startup Azərbaycan TK
Tel : 492-44-44
Veb: www.startup.az
E-mail:
[email protected]Twitter @startupaze
FB : fb.com/startupazerbaijan