İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan İnternet Forumunun www.eqreb.com bloqu ilə bağlı açıqlaması

16.10.2010 [14:14]

Fontu böyüt:      

AIF bildirir ki, son günlər www.eqreb.com internet resursuna girişin ölkə ərazisindən mümkün olmaması ilə bağlı məlumatlar yayılıb.Son bir neçə gündə AİF -in mütəxəssisləri və bir sıra ekspertlər tərəfindən baş verən məhdudiyyətin mahiyyətinin araşdırılması, problemləri törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır

AIF  bildirir ki, son günlər www.eqreb.com  internet resursuna girişin ölkə ərazisindən mümkün olmaması ilə  bağlı məlumatlar yayılıb. Bir sıra  media və ictimai qurumlar adı çəkilən resursa girişin hökumət tərəfindən bloklanması və bununla da ölkədə İnternet  senzuranın tətbiqi haqqında fikirlər səsləndiriblər.

AİF –in araşdırmaları göstərib ki, həqiqətən də son günlərdə  ölkə istifadəçiləri  adı çəkilən resursdan ümumiyyətlə istifadə edə bilməmişlər. Adı çəkilən resursa  digər ölkələrin ərazisindən giriş sərbəstdir.
Son bir neçə gündə AİF -in mütəxəssisləri və bir  sıra ekspertlər tərəfindən  baş  verən  məhdudiyyətin mahiyyətinin araşdırılması, problemləri törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır.

AİF tərəfindən ölkənin əsas internet təchizatçısı olan Delta Telekom şirkətinə rəsmi müraciət  edilmişdir. Delta Telekom AİF-in  sorğusuna əsasən şifahi olaraq bildirib ki, onlar tərəfindən adı çəkilən  resursla bağlı heç bir  süni maneçilik yaradılmayıb. Qurum bu tip bloklanmanın yalnız məhkəmə qərarları  vasitəsilə gerçəkləşdiyini bildirib. Delta Telekom şirkətinin mütəxəssisləri problemin www.eqreb.com saytının serverində olan texniki problemlərlə bağlı ola biləcəyini vurğulayıblar.

AİF tərəfindən aparılan  araşdırmalar nəticəsində müəyyən olunub ki, adı çəkilən resursun yerləşdiyi serverlə ölkə ərazisində ping və traceroute  signalları vasitəsilə əlaqə mümkündür. AİF təəssüflə bildirir ki, adı çəkilən resursun sahibləri anonim qalmaq istədiklərindən onlarla əlaqə saxlamaq və ətraflı araşdırma aparmaq mümkün olmamışdır. Araşdırmaların nəticəsi olaraq bir sıra ekspertlər problemin 2-ci səviyyəli provayderlər tərəfindən də edilə biləcəyi versiyasını irəli sürüblər. Aparılan araşdırmalar problemin birmənalı şəkildə ölkə ərazisindən həyata keçirilməsini müəyyən etmək üçün yetərli olmamışdır .

AİF təəssüflə bildirir ki, problemin mahiyyəti və səbəbləri ilə bağlı  yetərli  və düzgün məlumat verilmədiyindən həqiqətə uyğun olmayan informasiyaların da yayılmasına zəmin yaradıb. Bu tip hadisələrin təcrübəsinə əsaslanaraq AİF bildirir ki,  ciddi və hərtərəfli araşdırmalar  aparılmadan ölkədə internet senzuranın mövcudluğu haqqında fikirlər səsləndirmək yolverilməzdir.

AİF xatırladır ki, heç bir  hüquqi əsaslar olmadan, həmçinin, texniki-texnoloji problemlərin yaşanması üçün ciddi əsaslar olmadığı bir şəraitdə hər hansı  informasiya resurslarına girişin mümkün olmaması vətəndaşların informasiya azadlığının, normal informasiya mübadiləsi aparmaq  hüququnun pozulmasıdır.

AİF problemlə bağlı  Delta Telekom şirkətinin rəsmi münasibət bildirməsini, problemin mahiyyəti və aradan qaldırılması istiqamətində müstəqil ekspertlərlə birgə ciddi tədbirlərin görülməsini zəruri hesab edir.

Eyni zamanda AİF bildirir ki, bu problem AİF-in gündəmində saxlanılacaq və araşdırmalar davam etdiriləcək. Araşdırmaların nəticələri haqqında  ictimaiyyətə məlumat veriləcək.

AİF  bildirir ki, istənilən halda vətəndaşların informasiya  hüququnun əngəllənməsi, normal informasiya mübadiləsinin hüquqi əsaslar olmadan pozulması yolverilməzdir.

AİF
Tel :    492-44-44
Veb: http:// www.aif.az
Email: [email protected]


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar