Fontu böyüt:
ATƏT media və söz azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Azərbaycanın xarici işlər nazirinə məktub göndərib.
ATƏT-in mətbuat xidmətinin məlumatına əsasən, məktubda Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə həbsindən narahatlıq bildirilir və təcili olaraq bu sahədə islahatlar aparılmasının zəruri olduğu qeyd edilir.
Mikloş Haraşti məktubunda diffamasiya haqqında qanunun qəbuluna çağırıb və qeyd edib ki, jurnalistlərin peşə fəaliyyətinə görə azadlıqdan məhrum edilməsi Avropa İnsan Haqları Konvensiyasının presedent hüququ ilə ziddiyyət təşkil edir: “Azərbaycan hökumətini islahatlara başlamağa və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulmasını qanunvericilikdən çıxarmağa çağırırıq”.