İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dünyada ən bahalı mobil xidmət Azərbaycandadır

27.07.2009 [16:27]

Fontu böyüt:      

Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan qaydalarda bildirilir ki, şəbəkələrarası qoşulma haqları obyektivlik, şəffaflıq, əməkdaşlıq, hüquqların pozulmaması prinsiplərinə cavab verməli, mövcud qanunvericiliyə uyğun tənzimlənməlidir.

«Azercell Telekom» MMC ilə «Azerfon» MMC (Nar Mobile) arasında yaranmış problemlə əlaqədar tərəflər danışıqları dünən də davam etdirib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yetkililərinin iştirakıyla keçirilən müzakirələrin detalları hələlik cəmiyyətdən gizli saxlanılır. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, danışıqların bir neçə gün davam etməsi gözləniləndir.

«Azercell» və «Azerfon» şirkətlərinin rəhbərləri nazirliyin əlaqədar şöbələrinin rəhbərləri və digər vəzifəli şəxslər tərəfindən qəbul edilib. Hazırda məsələ ilə bağlı danışıqlar gedir. Hər iki şirkət arasında yaranan problemin qısa zaman kəsiyində həllini tapacağına ümid edirik». Xatırladaq ki,  «Azərcell» rəhbərliyi   «Nar Mobile»nin onlara ƏDV daxil olmaqla, 11 000 000 manata yaxın arabağlantı borcu olduğunu əsas gətirərək, arabağlantı kanallarını kəsəcəyini deyir. «Azərfon» MMC isə «Azercell»i  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təsdiq etdiyi tariflərdən baha qiymət tətbiq etməkdə günahlandırır. Şirkət rəhbərliyi bildirir ki, qanunun tələb etdiyi qiymətlər tam başqa, «Azercell»in tətbiq etdiyi qiymətlər isə tam başqadır.

Mobil operatorların bahalı qiymətləri

Nəzərə çatdıraq ki, hazırda «Azercell» və «Azerfon» şirkətlərinin istifadəçiləri arasında bütün kanallar açıqdır. Lakin iki mobil operator arasındakı münaqişə bir sıra nüansları gündəmə gətirib. Əvvəla bir daha təsdiq olundu ki, digər sahələr kimi mobil operator bazarı da inhisardadır. Uzun illərdir bu bazarda şəriksiz monopoliyaya sahib olan «Azercell» güclü himayəsi olan, qat-qat ucuz tariflər təklif edən şirkətin qabağa getməsi ilə razılaşa bilmir. Söhbət bütün bunların məhz «Azerfon»la «Vodafone» şirkətləri arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalandığı vaxta təsadüf etməsindən gedir. Maliyyə böhranı telekomunikasiya sahəsinə ciddi təsir göstərməsə də «Vodafone» kimi tərəfdaşa hər bir şirkətin ehtiyacı var. Çünki qeyd etdiyimiz kimi «Vodofone» 303 milyon abunəçini əhatə edən beynəlxalq mobil rabitə şirkətlər qrupudur. Şirkətin 5 qitənin 31 ölkəsində səhmdar kapitalı, həmçinin bütün dünyada 40-dan çox tərəfdaş bazarları var. Təkcə ötən bir il ərzində «Vodafone»nin mənfəəti 41 milyard funt sterlinq olub.  «Azerfon» «Vodafone» ilə saziş imzalamaqla  istifadəçilərini dünyanın 67 ölkəsində təkmilləşdirilmiş səs və rouminq xidmətləri ilə təmin etdi. Belə nəhəng tərəfdaşı itirmək «Azercell» üçün böyük biznes uğursuzluğu idi. 

Digər tərəfdən yaranmış münaqişə «Azercell»in ölkədə qəbul olunmuş standartlardan yuxarı tarif siyasəti yürütməsini ortaya qoydu. Araşdırmalarımız göstərir ki, mobil operatorlar arasında ən yuxarı tariflər «Azercell»dədir.  Məsələn, şirkət öz abonentlərinə Fakturalı Xətt ödəmə sisteminə aid  Standartlar, Ekonomi, Biznes Optimist və Sim-Sim (öncədən ödəmə) sisteminə aid  Açıq Xətt, Bizdən-bizə və Gənc Sim tarif paketlərini təklif edir. Ekonomi paketində «Azercell»  şəbəkəsində zənglər 0,14 AZN, digər yerli şəbəkələrə zənglər 0,25 AZN-dir. Standart paketində «Azercell»  şəbəkəsində zənglər 0,10 AZN, digər yerli şəbəkələrə zənglər 0,25 AZN-dir. Biznes paketində  «Azercell»  şəbəkəsində zənglər 0,10 AZN. Digər yerli şəbəkələrə zənglər 0,20 AZN-dir. Optimis paketində «Azercell»  şəbəkəsində zənglər 60 dəqiqə (danışıq) 0,15 AZN, digər yerli şəbəkələrə zənglər 0,25 AZN təşkil edir.
Yeri gəlmişkən, Ekonomi paketində aylıq abonentlik haqqı 4,92 AZN, Standart paketdə 9,84 AZN, Biznes paketində 19,68 AZN-dir.

Respublikada ikinci aparıcı mobil operator olan «Bakcell»in əsas məhsulları «Cin» tarif planı və Klass aylıq müqavilədir. «Cin» tarif planında sevimli nömrələrə 4 saniyə 1 kontur, «Mənim ərazim» bonusu ilə (pik saatlarda) 2 saniyə 1 kontur, qeyri-pik saatlarda 3 saniyə 1 konturdur. «Bakcell» nömrələrinə (pik saatlar) 3 saniyə 2 kontur, qeyri-pik saatlar 3 saniyə 1 kondur, şəhər və rayon nömrələrinə 1 saniyə 1 kontur, digər mobil operator nömrələrinə 1 saniyə 1 kontur təşkil edir. Bu arada qiymətlərə 18 faiz əlavə dəyər vergisi daxil olunub. Pik saatlar 08:00-dan 24:00-dək, qeyri-pik saatlar 00:00-dan 08:00-dəkdir.

Klass nömrələrdə aylıq abunə haqqı 7,79  manatdır. hər dəqiqə üçün 0,02 AZN-dir.
«Nar Mobile»də isə abunə haqqı 3 manat təşkil edir. Şəbəkə daxilində gündüz zəngləri 1 dəqiqə üçün 0,08 AZN, gecə zəngləri 0,04 AZN-dir. Digər şəbəkələrə zənglər gündüz saatlarında 1 dəqiqənin qiyməti 0,24 AZN, gecə saatlarında 0,12 AZN hesablanır.
Mövzu ətrafında söhbət etdiyimiz ekspertlər deyir ki, istər «Azercell», istərsə də digər mobil operatorlar qonşu ölkələrdən dəfələrlə bahalı tarif siyasəti həyata keçirirlər: «Mobil operatorlar gecə saatlarında şəbəkə daxili zənglərə 50 faiz endirim edirlər, eyni zamanda gecə balansı verirlər. Araşdırdıqda məlum olur ki, müəyyən edilən vaxtda şəbəkə həddən artıq yüklənir. Heç də çox insan bu güzəştdən yararlana bilmir. Azərbaycandakı mobil rabitə dünyanın ən bahalı rabitə xidmətlərindəndir. Türkiyədə ölkə daxili danışıqlar daxil olmaqla 1 aya 38 manat təşkil edir. Artıq bu ölkədə hamı bir-birilə görüntülü danışıqlar aparır. Görün biz nə qədər geri qalmışıq. Gürcüstanda iki il bundan qabaq trice rabitə sistemi var idi. Bu gün Türkiyədə 10 meqabiksl saniyə internet bağlantısı üzrə tariflər  (kursla çevirildikdə) 13 manat 80 qəpikdir. Bizdə 13 manat 80 qəpiyə 1 ay limitsiz nə almaq olar? Azərbaycanda bir operatordan digər operatora zəng etmək 30 sentdir. Türkmənistanı çıxmaq şərti ilə dünyanın heç bir yerində belə tariflərlə rabitə bağlantısı yoxdur».

Qanun nəyi diqtə edir?

«Azercell» Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin pozub. Belə ki, arabağlantının tələblərinə görə, zənglərin, aidiyyəti şəbəkə vasitəsilə və (və ya) şəbəkədən keçməklə (tranzit) zəng edən və zəngi qəbul edən tərəflərə fasiləsiz ötürülməsi təmin olunmalıdır. Eyni zamanda operator digər operatoru qarşılıqlı razılıq əsasında birbaşa və tranzit qaydada arabağlantı xidməti ilə təmin etməlidir.

İqtisadi şərtlərə (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü (hesablaşma) və digər ödənişlər) gəlincə, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan qaydalarda bildirilir ki, şəbəkələrarası qoşulma haqları obyektivlik, şəffaflıq, əməkdaşlıq, hüquqların pozulmaması prinsiplərinə cavab verməli, mövcud qanunvericiliyə uyğun tənzimlənməlidir. Qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı GSM standartlı operatorlar üçün «mobil-mobil» şəbəkələrarası zənglərin sonlandırma qiyməti 0,02 manat tətbiq edilir.

GSM standartlı mobil telefon şəbəkələri arasındakı trafik mübadiləsi üzrə aparılan hesablaşmalarda bazara yeni daxil olmuş GSM operatorunun şəbəkəsində sonlanan zənglərin hər dəqiqəsi üçün digər mobil operatorları tərəfindən əlavə 0,02 manatdan 0,03 manatadək ödənilməklə asimmetrik sonlandırma qiymətləri (asimmetrik sonlandırma qiymətləri zənglərin sonlandırılması üçün eyni xidmətləri göstərən operatorlar tərəfindən fərqli (əlavə) sonlandırma qiymətlərinin tətbiq edilməsi) tətbiq olunur. http://musavat.com

 


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar