Fontu böyüt:
Azərbaycanın televiziya məkanı sürətlə rəqəmli yayıma keçir. Bu xidmətdən yararlanmaq üçün kimsə xüsusi dekoder alır, kimsə də rəqəmli yayıma baxmaq imkanı verən müasir televizor.
Xeberler.az saytı bununla bağlı vəziyyəti
araşdırıb.
“Rəqəmli yayımdan yararlanırsınızmı”,
“ Hansı qurğudan istifadə edirsiniz”, “Donma və ya siqnalın zəifləməsi ilə
qarşılaşırsınızmı” suallarını Bakı sakinləri cavablandırıb.
Tural Əliyev, 21 yaş, tələbə
Əvvəllər dekoder almışdıq. 3-4 ay
onunla yalnız 22 ya da 24 kanala baxdıq. Sonra xarici kanallar dayandı, ancaq
yerli kanallara baxa bilirdik. İndi gedib 50 manata ATV Plus-un tünerini aldıq.
Ayda 9 manat ödəyirik. O əvvəl yaxşı göstərirdi. Dedilər, 72 ya da 84 kanal
göstərəcək. Evdə qoşanda, gördük
kanalların yarısı tutmur. Yerli kanallarla birgə hardasa 40 kanal göstərir.
ATV Plus ən çox axşam saatlarında donur.
Məhbubə Məmmədova, 51 yaş, evdar qadın
Vallah, evdə yoldaşım qurğu alıb
gətirib. Adı, deyəsən, moduldur. O da demək olar yaxşı tutur. Bizdə 5 ya da 6 kanal tutmur. Amma qalan hamısı
tutur. Cəmi bir dəfə donmuşdu, heç göstərmirdi. Usta gəlib düzəltdi.
Nazim Həsənəliyev, 24 yaş, usta
Məndə əvvəl Connect TV var idi.
Orda da müəyyən yayım paketi təklif edilir. Onun öz antenası olur. Ayda 9 manat
ödəməli olurdum. Antena ilə birlikdə o vaxt 80 manat xərc çəkmişdim. Ancaq mənim
həyətimdə yaxşı siqnal olmurdu deyə, antenanı qonşunun həyətinə quraşdırdım.
ATV Plus-un dekoderini almaq istəyirdim. Lakin mənə məsləhət gördülər ki, onda siqnal
güclü olmur.
Ayla Babayeva, 29 yaş, müəllim
ATV Plus-dan çoxdan istifadə edirəm.
Tüner adlanan qurğu almışdım. Əvvəllər tez-tez donurdu. Sonra zəng edib, şikayətləndim.
Nəhayət usta göndərdilər və problem həll olundu Ayda 9 manat ödəyirəm. Ancaq
indi problem yoxdur. Lakin təklif edilən kanalların hamısı göstərmir. Səbəbi isə
yaşadığımız ərazidədir, mərkəzdən xeyli kənarda yerləşir.