Fontu böyüt:
Phoenix Technologies IDF 2009 fəaliyyəti çərçivəsində gələcəkdəki komputerlərin açılışını sürətləndirəcək BIOS modeli tanıdıb. Məlumatı Winfuture saytı bildirib.
Optimizə edilmiş UEFI başlanğıcı sayəsində kompüterlər bir saniyə içərisində Windows-u yükləməyə başlayacaq. SSD disk istifadəsiylə birlikdə Windows-un masaüstünə 10 saniyədə çatılması hədəflənir.
Yenilikləri təqdim edən firmware, İntelin enerji istehlakı mövzusunda qənaətli CULV prosessorlarını istifadə edən notebooklarla bazara çıxacaq. Phoenix bu yeniliyi bazara daha tez bir zamanda təqdim etmək üçün Microsoft ilə ciddi işləyir.