21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Microsoft, yeni Windows Pis Məqsədli Proqramları Təmizləmə Vasitəsini (Windows Malicious Software Removal Tool) təqdim etdi. Bu vasitənin əsas vəzifəsi, bir çox hallarda təsadüf olunan bəzi pis məqsədli proqramları Windows Vista, Windows Server 2003, Windows XP və ya Windows 2000 ilə çalışan kompüterlərdən təmizləmək.
Şirkət, etdiyi şərhdə təqdim etdiyi son vasitənin, ilk 9 gün içində 1 milyondan çox PCdə saxta təhlükəsizlik proqramı tapdığını və təmizlədiyini bəyan etdi. Bu ədədin yarısı ABŞda olan sistemləri əhatə edir. ABŞın ardınca isə İngiltərə, Fransa və Almaniyada olan kompüter sistemləri gəlir.
Qeyd edək ki, saxta təhlükəsizlik proqramları, istifadəçiləri əvvəl sistemlərində çoxlu sayda zərərvericilərin olduğuna inandırır, daha sonra isə öz "təhlükəsizlik" xidmətlərini təklif edirlər. Lakin istifadəçi öz kompüterində bu proqramları quraşdırdıqdan sonra onun xeyrindən çox ziyanının şahidi olurl. Bu tip saxta proqramlar arasında Ultimate Antivirus 2008, Spyware Preventer və XPert Antivirus kimi adlar diqqət çəkir.
Araşdırmalar da göstərir ki, Windows istifadəçilərinin böyük bir hissəsi bu kimi saxta proqramlara üstünlük verirlər.Nəticədə belə proqramlar kompüterə dəhşətli dərəcədə ziyan vurur. Bunları təmizləmək isə yenə də Microsoftun üzərinə düşür.
xeberler.az/Ellada