21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünyanın aparıcı kompüter istehsalçısı «Hewlett-Packard» (HP) şirkəti iki aylıq axtarışdan sonra yeni rəhbərinin adını açıqlayıb.
Yeni rəhbər 20 ildən artıq Almaniyanın iri korporasiyalar üçün kompüter təminatının işlənib hazırlanması ilə məşğul olan SAP şirkətində çalışmış Leo Apoteker olub.
Yeni menecer bu vəzifədə cari ilin avqust ayında HP-ni ciddi qalmaqaldan sonra tərk etmiş baş direktor Mark Herdi əvəz edəcək.
L.Apotekerin ABŞ şirkətinin baş direktoru olması ekspertlər üçün bir qədər gözlənilməz bir addım olub. Belə ki, L.Apoteker HP-nin ABŞ vətəndaşı olmayan ilk rəhbəridir, bundan əlavə, onun SAP-da işdən azad edilməsi şirkətin satış həcminin 28% enməsi, eləcə də səhmdarların L.Apotekerin idarəetmə qərarlarını ləng qəbul etməsindən narazılıqları səbəbindən baş verib.
Qeyd edək ki, yeni top-menecerin təyin olunmasına dair elandan sonra HP-nin səhmlərinin qiyməti 3% azalıb.