İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

06.08.2014 [09:56]

Fontu böyüt:      

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilib.
№ 266                   Bakı şəhəri, 31 iyul 2014-cü il
 
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69,  № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560;  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 5 iyun tarixli 178 nömrəli və 13 iyun tarixli 194 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"na aşağıdakı məzmunda 24.23 - 24.27-ci bəndlər əlavə edilsin:
 
24.23.
Başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin hərracda  satışına dair sifarişlərin qəbulu
24.24.
Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan  qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu
24.25.
Kiçik müəssisələrin (obyektlərin) hərracda satışına dair  sifarişlərin qəbulu
24.26.
Orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan   səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərraclarında satışına dair sifarişlərin qəbulu
24.27.
Mülkiyyətçinin arzusu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaka dair texniki sənədlərin (pasportun və plan ölçüsünün) tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu
 
 
Artur Rasizadə, 
Azərbaycan Respublikasının Baş naziri

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar