Fontu böyüt:
Bu gün Bakıda BakuTel-2009 Beynəlxalq Sərgi və Konfransı çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin toplantısı keçirilib.
Rabitə və informasiya texnologiyaları nazirliyinin rəsmi veb resursunun yaydığı məlumata əsasən, tədbirdə Qara dəniz regionunda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları və regional layihələr müzakirə olunur.
Toplantıda çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bütün iştirakçılara dəvəti qəbul etdiklərinə görə minnətdarlığını bildirib və qeyd edib ki, son zamanlar QİƏT ölkələri arasında münasibətlər bütün sahələr, xüsusən də informasiya texnologiyaları sahəsi üzrə sürətli templərlə inkişaf edir. Nazir regionun bütün ölkələrində müşahidə olunan İKT sahəsinin inkişafını və regional səviyyəli yeni layihələrin yaradılmasını müsbət hal adlandırıb.
Əli Abbasov bu gün ki görüşün region ölkələri arasında münasibətlərin inkişafı və həm regional həm də ki dünya miqyaslı layihələr üzərində işlərə yeni təkan verəcəyinə ümid etdiyini bildirib.
Bu günlərdə Bakıda səfərdə olan və toplantıda iştirak edən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture öz çıxışında BTİ-nin regional səviyyədə informasiya texnologiyaların inkişafı istiqamətində vəzifələrinin yerinə yetirilməsi baxımdan bu tədbirin əhəmiyyətini qeyd edib.
Azərbaycanda İKT-nin inkişafından danışan BTİ-nin baş katibi bu sahənin son illər ərzində artımından razı qaldığını bildirib. “Sonuncu dəfə mən Azərbaycanda iki il bundan əvvəl olmuşam və budəfəki səfərimdə şahidi olduğum İKT sektorunun yüksək sürətlə inkişafından məmnunam”, - deyə Hamadun Ture vurğulayıb.
İnformasiya texnologiyaları sektorunun maliyyə böhranın təsirlərini rəf edəcəyinə əminliyini bildirən BTİ-nin baş katibi qeyd edib ki, bu sektor çətin maliyyə vəziyyətinin aradan qaldırılması istiqamətində böyük rol oynayır.
Çıxışının sonundan H. Ture toplantıda iştirak edən bütün ölkələrin nümayəndələrini cari ilin 26-27 noyabr tarixlərində Minskdə (Belarus) keçiriləcək “MDB ölkələrini bir araya gətirək” adlı yüksək səviyyəli görüşdə iştirak etməyə çağırıb. Görüşün məqsədi insan, maliyyə və texniki resursların bütün region ölkələrinin gələcəyin inkişafı, məşğulluğun təmin olunması, iqtisadi artım və sosial-iqtisadi inkişaf baxımdan geniş qəbul olunan rəqəmsal infrastruktur və xidmətlərə keçidinə səfərbər edilməsindən ibarətdir.
Rabitə Sahəsində Regional Əməkdaşlıq Birliyinin (RSS) İcraçı Komitəsinin baş direktoru Nurudin