Fontu böyüt:
"Bank Standard" yeni xidmət növü tətbiq etməyə başlayıb, bu xidmət vasitəsilə müştərilər öz kartlarının ŞEN-kodunu (4 rəqəmli istifadəçi şifrəsini) ATM vasitəsilə dəyişdirə bilərlər, bankın məlumatında deyilir.
Bank kartların istifadə təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulan "PİN çeync" (PIN change) adlı bu xidmət "Bank Standard" tərəfindən buraxılmış bütün kartlar üçün keçərli olacaqdır. "PİN-kod", yəni Şəxsi Eyniləşdirmə Nömrəsinin (ŞEN) 4 rəqəmli kodu, kart sahibi tərəfindən istənilən vaxt bankomat vasitəsilə dəyişdirilə biləcək. "PİN-çeync" xidmətindən bütün "Bank Standard" bankomatlarında faydalanmaq olar.
"Bank Standard" kartınızın ŞEN-kodunu aşağıdakı hallarda dəyişməyi məsləhət görür:
• ŞEN-kodu daha rahat yadda saxlamaq üçün.
• ŞEN-kodu Sizdən başqasına məlum oluduğu, və ya bundan şübhəniz olduğu halda.
ŞEN-kodu dəyişdirmək üçün bankomat menyusundan "Ödəmələr", "Xidmətlər" və nəhayət "PIN-change" əməliyyatlarını seçmək və yeni ŞEN-kodu daxil etmək kifayyətdir.