Fontu böyüt:
Ötən il ərzində Çində internet istifadəçilərinin sayı 42% artaraq 298 mln. nəfərə çatıb. Bu məlumatı Çin İnternet Şəbəkəsi İnformasiya Mərkəzi (China Internet Network Information Center) verib.
Mobil internet istifadəçilərinin sayı isə 2007-ci ildəki göstəricilərə nisbətən 113% artaraq 117.6 mln. nəfər olub. Ölkədə internet yayımı dünya üzrə olan orta göstəricini keçərək 22.6% olub. Çində mütəmadi olaraq xəbərləri internetdən izləyən əhalinin sayı isə 2.34 mln. nəfərdir.