İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30.01.2014 [13:57]

Fontu böyüt:      

Azərbaycan İnternet Forumu bildirir ki, 4 fevral tarixdə Park İnn Hotelində “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirəcək. Tədbir AİF, RİTN yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Azərbaycan İnternet Forumu bildirir ki, 4 fevral tarixdə Park İnn  Hotelində “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirəcək.

Tədbir AİF,  RİTN yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirin keçirilməsində məqsəd ölkədə İnternet media sektorunda kibertəhlükəsizlik, mövcud və yarana biləcək  kibertəhlükələr və onların aradan qaldırılması yolları ətrafında informasiya mühitini inkişaf etdirməkdir. Tədbirdə qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi məsələlərinə cavabdeh dövlət qurumu olan Elektron Təhlükəsizlik Mərkəzinin informasiya təhlükəsizliyinin qorunması istiqamətində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri haqqında məlumatlar veriləcək.

Dəyirmi Masada ölkənin xəbər portallarına, İnternet media resurslarına virtual hücumlar, qanunsuz müdaxilələr  və müxtəlif elektron təhlükələr  və ondan qorunmaq yolları ətrafında müzakirələr aparılacaq.
İnformasiya təhlükəsizliyi sahəsində ekspertlərin iştirakı ilə keçiriləcək tədbirdə İnternet Medianın informasiya təhlükəsizliyinin qorunması üçün zəruri olan tədbirlər haqqında tövsiyələr səsləndiriləcək.

Tədbirdə xəbər portalları və saytlarının redaktorları və təhlükəsizliklə bağlı məsul şəxslərinin iştirakı nəzərdə tutulub.
Dəyirmi Masaya  həmçinin sahə üzrə  ekspertlər və mütəxəssislər  də dəvət ediləcək.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar