Fontu böyüt:
27-29 mart tarixlərində Qafqaz Universitetində keçirilən “Barcamp Caspian 2009” qeyri-rəsmi konfransı baça çatdı.Konfrans iştirakçıları üçün dünən Barcamp təşkilatçıları tərəfindən xüsusi əyləncəli tədbir hazırlanıb. Tədbirin görüntüləri və daha ətraflı məlumatı http://barcampcaspian.org ünvanından əldə edə bilərsiz.
Məlumat üçün bildirək ki,“Barcamp Caspian 2009”a 300-dən artıq gənc qoşulmuşdu. İKT sahəsində tanınmış adamlar xüsusilə təqdimatlara maraq göstərirdilər.
Qeyd edək ki,BarCamp Caspianın keçirilməsi mart ayının sonuna planlaşdırılıb.BarCamp İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır.Bu növ konfrans Azərbaycanda 2008-ci ildə də 150-yə yaxın yerıli mütəxəssisin iştirakı ilə təşkil olunub.