İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan nümayəndə heyəti “ITU Telecom World 2014” sərgisində

08.12.2014 [11:41]

Fontu böyüt:      

Dohada “İTU Telecom World 2014” sərgi-konfransı işə başlayıb

Qətər Əmirliyinin Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “ITU Telecom World 2014” sərgi –konfransının açılış mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, açılış mərasimində "Ooredoo Group"un Direktorlar şurasının sədri Şeyx Abdullah bin Məhəmməd bin Səud Al Tani, Qətərin baş naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani, İnformasiya və kommunikasiya texnologiyaları naziri Hessa Sultan Əl-Cabir, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edib.

Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə təmsil edən nümayəndə heyətinin tərkibinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən İKT şirkətləri, QHT-in təmsilçiləri daxildir.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək Azərbaycanda İKT sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Açılış mərasimindən sonra sərgidə iştirak edən çoxsaylı ölkələrin stendlərinə baxış keçirilib.

BTİ-nin, QATAR Əmirliyinin və müxtəlif ölkələrin rəhbərləri Azərbaycan stendi ilə tanış olublar. Sərginin açılış mərasimindən sonra müxtəlif mövzularda forumlar, diskussiyalar və panellərdə müzakirələr başlanıb.

Sərgidə 40-a yaxın şirkət sərgidə iştirak edir. Dekabrın 10-dək davam edəcək tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərləri ilə ikitərəfli görüşləri, bölmə iclaslarında iştirakı nəzərdə tutulub.

                                                                                                                     

 

 


Oxunub: 0 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar