Fontu böyüt:
İranda hər bir internet istifadəçisini
identifikasiya edə biləcək sistem hazırlanır.
“Yaxın gələcəkdə internetdən
istifadə edən şəxslərin hamısı qeydə alınacaq. Və bu prosesdən sonra şəxsiyyətini
bilmədiyimiz heç kim onlayn ola bilməyəcək”-deyə İranın telekommunikasiya
naziri Mahmud Vaezi bildirib.
Bu yolla yerli hökumət qanunsuz
hesab etdiyi materialları əhalinin oxunmasının qarşısını almağa çalışır.
İran hökuməti həm də “ağıllı”
avtomatik filtrlər da hazırlamağı düşünür. Onların köməyi ilə şəbəkədəki istənilən
“haram” materiala senzura qoyulacaq.
Sözügedən sistem 10 ay müddətində
hazırlanıb təqdim edilməlidir.
Hazırda İranda Google, Youtube, Facebook,
Twitter, Whatsapp kimi sosial şəbəkə və saytlar blokdadır.
Mənbə: qafqazinfo