Fontu böyüt:
Türk Musiqi Birliyi (TMB) televiziya kanalı yanvarın sonunda yayıma başlayır.
Kanal 17 dövlətdə yayımlanacaq. Kanalın Azərbaycan təmsilçisi Kamal Cenk İçten açıqlamasında ilk mərhələdə kliplərin nümayiş etdiriləcəyini, daha sonra isə müxtəlif mövzuları əks etdirən proqramların yayımlanacağını söyləyib.
TMB-də yayımlanacaq musiqilər arasında heç bir məhdudiyyət olmayacaq. Gənc müğənnilər, xalq musiqiləri, müxtəlif janrlar birlikdə nümayiş etdiriləcək. Kamal Cenk İçtən bildirib ki, hazırda 70 musiqi klipi yayım üçün hazırlanıb. Azərbaycan kliplərinin TMB-də yayımlanmasını istəyən sənətçilər həftə sonuna qədər nümunələrini təqdim etməlidirlər: «Heç bir sənətçiyə embarqo qoyulmayacaq və əsas diqqət kliplərə yönələcək. Ancaq kanalın daha geniş formatda yayılmasına çalışacağıq”.
Qeyd edək ki, Qazaxıstan və Özbəkistan təmsilçiləri ilə bağlı bütün işlər tamamlanıb. Türkmənistan isə yaxın günlərdə hazırlıqları yekunlaşdıracaq.