İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli Onkologiya Mərkəzinin veb-saytı istifadəyə verilib

25.02.2011 [21:22]

Fontu böyüt:      

Dünyada xərçəng xəstəliyinə tutulanların sayı ilbəil artmaqdadır. Hazırda dünya üzrə qeydiyyata alınan 60 milyon onkoloji xəstə var. Təsadüfi deyil ki, hər il fevralın 4-ü xərçəng xəstəlikləri ilə Ümumdünya Mübarizə Günü (World Cancer Day) kimi qeyd olunur. Oktyabr ayı isə dünyada süd vəzisi xərçənginə qarşı beynəlxalq mübarizə aylığı elan edilib. Bu aksiya cəmiyyəti maarifləndirməklə yanaşı, həm də ictimaiyyətin diqqətini sözügedən xəstəliyə yönəltmək məqsədi daşıyır.

Dünyada xərçəng xəstəliyinə tutulanların sayı ilbəil artmaqdadır. Hazırda dünya üzrə qeydiyyata alınan 60 milyon onkoloji xəstə var. Təsadüfi deyil ki, hər il fevralın 4-ü xərçəng xəstəlikləri ilə Ümumdünya Mübarizə Günü (World Cancer Day) kimi qeyd olunur. Oktyabr ayı isə dünyada süd vəzisi xərçənginə qarşı beynəlxalq mübarizə aylığı elan edilib. Bu aksiya cəmiyyəti maarifləndirməklə yanaşı, həm də ictimaiyyətin diqqətini sözügedən xəstəliyə yönəltmək məqsədi daşıyır.

Onkoloji Xəstəliklərlə Mübarizə üzrə Beynəlxalq Birliyin ekspertlərinin hesabatına əsasən, insanlar infeksiyalardan qoruna bilsələr və həyat tərzlərini dəyişmək üçün özlərində güc tapsalar, hər il rast gəlinən 12 milyon xərçəng xəstəliklərinə yoluxma hallarının 40 faizini aradan qaldırmaq mümkün olar.

Mövcud onkoloji xəstəliklərin cəmində süd vəzisi xərçəngi birinci yerdədir, hər il bu xəstəliyə bir milyona yaxın qadın mübtəla olur, yarım milyona yaxını isə dünyasını dəyişir.

Mütəxəssislər belə hesab edirlər ki, müalicənin effektivliyi xəstəliyin ilkin dövrdə müayinə edilməsindən çox asılıdır. Bütün dünyada süd vəzisi və uşaqlıq yolu xərçənginin erkən müayinəsini təşkil etmək üçün dövlət əhəmiyyətli proqramlar hazırlanır. Bu istiqamətdə ölkəmizdə də mühüm işlər həyata keçirilir. Milli Onkologiya Mərkəzi əməkdaşları tərəfindən xəstəlik dərəcəsinin aşağı salınması məqsədi ilə səyyar müayinələr keçirilir. Azərbaycanda skrininqlərə, yəni əhalinin vaxtaşırı müayinədən keçirilməsi üçün maarifləndirmə işlərinə ehtiyac duyulur. 

AR Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin yeni istifadəyə verilən 
www.onkologiya.az saytı bu istiqamətdə daha bir addımdır. Saytda Milli Onkologiya Mərkəzinin yaranma tarixi, xəbərlər, rəhbərlik, klinik və diaqnostik şöbələr haqqında məlumatlar, elmi məqalələr, mərkəzlə əlaqə vasitələri də əks olunub. Saytda onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısı da yerləşdirilib. Siyahıda 229 dərman və dərman preparatının adı qeyd edilib. 

Burada ümumi onkologiya, ultrasəs diaqnostika, şüa diaqnostikası və terapiyası, səyyar diaqnostika kompleksi, reanimasiya şöbəsi, radionuklid diaqnostika laboratoriyasi və kimyaterapiya şöbələrinin fəaliyyəti haqqında məlumat əldə etmək olar. 

“Azərbaycan onkologiya və hematologiya” jurnalının müxtəlif illərə dair sayları da eyniadlı bölmədə yerləşdirilib. Bundan əlavə dünyanın dinamik inkişaf edən səhiyyə şirkəti kimi nüfuz qazanmış, 1 əsrdən artıqdır ki, böyük uğurlara imza atan F.Hoffmann-Lya Roş Ltd haqqında da ətraflı məlumat verilib. Şirkətin ölkəmizdəki nümayəndəliyi ilə əlaqə ünvanları yerləşdirilib.

//ict.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar