Fontu böyüt:
Texnologiya bazarında patent döyüşləri hələ də davam edir. Patentli məhsullarının istifadə edilməsində Apple ilə təxminən 2 ildir danışıqlar aparan Ericsson lisenziya təklifinin ədalətli olub-olmadığının araşdırılması üçün məhkəməyə müraciət edib.
Təxminən 35 min patenti əlində saxlayan Ericsson bununla ciddi gəlir əldə edir. İsveç mərkəzli şirkətlə bu mövzuda razılığa gəlməyən Apple isə Ericssonun ədalətsiz ödəniş tələb etdiyi iddiasıyla məhkəməyə müraciət etmişdi.
iPhone modellərində istifadə edilən LTE patenti üçün daha az ödəniş etmək istəyən Apple satdığı prosessor xərci çərçivəsində ödəniş təyin etməyi planlaşdırır.
Mobil cihazlar istehsal etməyən Ericsson sahib olduğu patent hüquqları sayəsində sektorun qabaqcıl şirkətlərindən daha çox gəlir əldə edir.
Əvvəlki illərdə Cənubi Koreya mərkəzli Samsung ilə də oxşar problem yaşayan Ericsson uzun sürən çəkişmədən sonra Sony ilə razılığa gəlmiş, iki şirkət 650 milyon dollarlıq müqavilə imzalayaraq problemi həll etmişdi.
Əfsanə Şərif