İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Çin yazıçıları Apple şirkətinə qarşı patent iddiası qaldırdılar

10.01.2012 [11:40]

Fontu böyüt:      

Çin mətbuatının məlumatına əsasən, yazıçılar “Apple Store”da kitablarının qeyri-qanuni olaraq endirildiyini bildiriblər
Doqquz çinli yazıçının Apple şirkətinə açdıgı 11,91 milyon yuanlıq müəllif haqqı barədə məhkəmə iddiası qəbul edildi. Çin mətbuatının məlumatına əsasən, yazıçılar “Apple Store”da kitablarının qeyri-qanuni olaraq endirildiyini bildiriblər.

Müəllif hüquqlarını qoruyan qurumun rəhbəri Bey Cıçıng, “Şanghay” səhər qəzetinə verdiyi açıqlamada bildirib ki, Apple ölkədə ən böyük qeyri-qanuni kitab yükləməsi və satışını həyata keçirən internet şirkətidir.

Bunu oğurluq kimi xarakterizə edən Bey, yazıçılar birliyini Apple şirkətinə Çin qanunlarına əməl edərək Apple Store-da satılan kitablara müəllif sertifikartını təmin etməyə çağırıb.

Bey, Çində 20 milyon insanın Apple Store vasitəsi ilə Apple-ın məhsullarından istifade etdiyini ancaq bu insanların çoxunun Apple-ın “kitab nüsxələrinin qeyri qanuni satıldığı platforma” olduğunu bilmədiyini iddia edir.

Apple-ın qanuni kitab bazarına təsirindən danışan Bey, kitabların qeyri qanuni snüsxələrinin Apple Store-dan milyonlarla dəfə yüklənildiyini və bunun müəlliflərə milyonlarla dollar ziyan vurduğunu bildirib.
Çinin tanınmış yazıçıları Han Han, Li Çıngpıng və Murong Şüeçünün də aralarında olduğu 9 yazıçı Apple-nı qeyri-qanuni olaraq 37 əsərin satışında günahlandırırlar.

Çinin ən böyük axtarış saytı olan “Baidu” bu cür etirazlara görə 2 milyon 800 min icazəsiz ədəbi əsəri silib.                                                                                                                 xeberler.az/Samir

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar