21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
HP şirkəti Linux S bazasındaki ilk "nazik müştərisini" VMware View üçün sertifikatlaşdırır.Bu VMware mühitinin qurulmasını nəzərə çarpacaq dərəcədə asanlaşdırır.
Microsoft Windows CE, Windows XP Embedded və Linux əməliyyat sistemlərinin sertifikatlaşdırılması dəqiq yoxlama və VMware View mühitində keyfiyyətin təmin edilməsilə təsdiq olunub. Belə ki, artıq yüksək etibarlılıq və asan quraşdırma haqqında danışmaq olar.
HP şirkəti Linux əs istifadə edən müştərilərinə VMware View Manager üçün sertifikatlaşdırılmış "nazik müştəri"ləri təklif edən ilk şirkətlərdən oldu (VMware View Manager – inzibatçılara istifadəçilər üçün girişi təmin etməyə və onlara nəzarət etməyə imkan verən virtual desktoplar vasitəsilə proqramlara giriş infrastrukturu). Bundan əlavə, hal-hazırda HP şirkəti Windows CE üçün View Manager sertifikatını əldə etmiş yeganə təchizatçıdır.
"Hal-hazırda HP-nin "nazik müştəri"lər sahəsində mövcud olan innovativ texnologiyası və VMware ilə uzunmüddətli səmərəli əməkdaşlığı sayəsində, biz müştərilərin artan tələblərini qarşılaya bilərik. Linux ƿS-də VMware View Manager üçün variant qrafiki bir neçə ay qabaqlamaqla hazırlanmışdır. Bir halda ki, şirkətlər ağır iqtisadiyyat durumunda öz xərclərini azaltmağa çalışırlar, HP və VMware kimi etibarlı və sınanmış təchizatçılar müştərilərin virtuallaşdırılması sahəsində infromasiya texnologiyalarının iqtisadi səmərəliliyini artırmağa onlara yardım edir", - deyə Commercial Products, Personal Systems Group bölməsinin Avropa, Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti və baş direktoru Karl Sniman qeyd edir.
HP şirkəti VMware View üçün uyğun olan və müştərilərin müxtəlif tələblərini (verilənlərin adi daxil edilməsindən tutumuş üç-ölçülü qrafikanın işlənməsinə və distant qarşılıqlı əlaqənin yaradılmasınadək) ödəməyə imkan verən xüsusiyyətlərə və funksiyalara malik olan, həm Windows, həm də Linux əs-lərini dəstəkləyən "nazik müştəri"lər xəttini təqdim edir. Sadə ThinConnect əməliyyat sistemi ilə HP t5135 və t5145 "nazik müştəri"ləri View Manager üçün sertifikatlaşdırılmış ilk Linux-əsaslı nazik müştərilərdir.
xebeler.az/Ellada