Fontu böyüt:
Motorola şirkəti böyük sensor ekranlı mobil telefon üzərində işləyib. Bu telefonun şəkillərini Engadget nəşriyyatı yayıb. Texniki xüsusiyyətləri barədə məlumat verilmir.
Nümayiş olunan şəkillərdən məlum olub ki, yeni cib telefonu 5 meqapikselli kameraya, eləcə də TV-çıxışa malikdir.
Motorola-nın sensor telefon buraxacağı haqqında ilk məlumatlar hələ 2008-ci ilin avqustunda yayılmışdı. O zaman telefonun Atila adlandırılacağı, ekran dioqanalının isə 2,8 düym olacağı deyilirdi.
2008-ci ilin iyununda isə Motorola Alexander telefonunun işlənib hazırlanması haqda məlumatlar yayıldı. Onun GPS-modulla, böyük sensor ekranla və 8 meqapikselli kamera ilə təchiz olunacağı gözlənilir.