Fontu böyüt:
Tayvan noutbuk istehsalçıları xəbər verir ki, Hewlett-Packard (HP) şirkəti İntel-lə 10,2 düymlük diaqonaldan yuxarı olan noutbuklarda Atom prosessorlarından istifadəyə qadağanı aradan qaldırmaq üçün danışıqlar aparır. HP öz növbəsində bu prosessorları daha iriölçülü mininoutbuklarda istifadə etməyi planlaşdırır.
Mənbə xəbər verir ki, şirkət ilin ikinci rübündə Atom prosessorları əsasında 11,6 düymlük diaqonallı, iyunda isə 13,3 düymlük netbuklar təqdim etməyə hazırlaşır.
Razılaşma bu ayın axırına kimi baş tutmalıdır və HP-nin bu addımın atılmasında şansı var. Çox güman ki, HP Atom çipləri bazasında NVIDIA Ion platformasından istifadə üçün də danışıqlar aparır.