Daxil olan internet trafikin optimal sürət göstəricilərinə görə Azərbaycan dünyanın turnir cədvəlində ən aşağı pilləyə düşüb.
Daxil olan internet trafikin optimal sürət göstəricilərinə görə Azərbaycan dünyanın turnir cədvəlində ən aşağı pilləyə düşüb. Belə ki, ötən həftə ilə müqayisədə 3,69-dan 3, 64 Mbit/san olmaqla 116-cı yerdə qərarlaşıb. Cədvəldə Azərbaycana qonşu olan ölkələr isə Kambodca, Barbados, Baham adaları, Uqandadır.
Bu barədə məlumatı Ookla şirkəti yayıb. Müqayisə üçün deyək ki, Rusiyada ( 29-cu pillə) orta göstərici 16,96, Gürcüstanda (40) 13,45, Ermənistanda (79) 5,68 Mbit/san-dir. Tacikistan isə real innovasiyaların hesabına, 112-ci pillədən 74-ə qalxıb və MDB ölkələri arasında inişaf tempinə görə liderdir.
Yerli provayderlər texniki imkanlarla müqayisədə liderlik mövqelərini dəyişirlər. Bununla yanaşı, daha çox istifadəçilərin olduğu paytaxtın mərkəzində göstəricilər dəyişmir - 3,63 Mbit/san.
Bakı ətrafında sürət 2,62 Mbit/san, Masazırda 2,61, Sumqayıtda 2,47-2,74 Mbit/san-dir. Xəritədə rayonlar arasında Cəlilabadı 2,44 Mbit/san tapmaq mümkündür.
Eksperiment üçün 303 771 unikal İP adres seçilib. Araşdırma əsasən Bakıda olan 20 yerli provayder və rabitə operatorunun statistikası əsasında aparılıb.
Birinci yerə Azercell Telecom LLC – 6,07 Mbit/san çıxıb. Aparıcı mobil operatorun xidməti ondan ibarətdir ki, o, hər həftə yeni texniki qərarları tətbiq edir və yeni abunəçiləri cəlb edərək hamıdan irəlidə olmağa çalışır.
Növbəti pillədə 4,94 və 4,46 Mbit/san ilə Az.StarNet LLC və Eurosel LLC şirkətləri durur.
Çıxan trafik (optimal –1,31 Mbit/s və dünyada 122-ci yer) üzrə reytinqdə həmçinin 20 yerli internet provayder və rabitə operatorlarının statistik göstəriciləri var. Çıxan trafikin maksimal surəti 3,17 Mbit/s, minimal sürəti isə 0,45 kimi qeydə alınıb.