Fontu böyüt:
Çox zaman nəyisə yaddan çıxarmamaq üçün müxtəlif üsullara əl atırıq. Gündəliklər, elektron yazı kitabçaları, proqramlar - “xatırlatmalar” tərtib edirik.
Artıq belə proqramların yeni versiyası – abcNotes proqramı buraxılıb. Burada xatırlatma yazıları monitorun ekranına “yapışdırılmış” rəngarəng kağızlardan – stikerlərdən (xatırlayıcı) ibarətdir. Bu xatırlatmaların sayına məhdudiyyət qoyulmayıb. Proqram qurulan zaman bu kağızları rəngsiz də etmək olar. abcNotes proqramı istifadəçiyə qeydləri qruplaşdırmaq, dəyişmək imkanı verir. Xüsusi menecerin köməyi ilə qeydlərin axtarışını etmək və nizama salmaq olar.
Proqram rusca interfeysə malikdir. Sonuncu versiyada ekranın tündləşdirilməsi imkanı da əlavə olunub ki, bunun sayəsində xatırlatmanı daha yaxşı görmək mümkündür.