Fontu böyüt:
Azərbaycanın Delta Telekom şirkəti Alcatel-Lucent-lə birgə ölkədə Wi-Max xidmətlərinin kommersiya tətbiqinə başlamaq niyyətindədir.
Şirkət yanvar ayının sonunda həmin xidmət üzrə kommersiya səviyyəli sifarişlərin qəbuluna başlamağı planlaşdırır.
“Əvvəl xidmətin fəaliyyət zonası Bakı və digər şəhərləri, sonra isə bütün Azərbaycan ərazisini əhatə edəcək”, - deyə Delta Telekom-da qeyd ediblər.
Wi-Max şəbəkəsinin tətbiqi üçün Delta Telekom Alcatel-Lucent şirkətinin avadanlığından istifadə edir. Mövcud müqaviləyə əsasən Azərbaycanda ilk dəfə Wi-Max - Rev-e şəbəkəsi qurulacaq. Layihənin daha da geniş inkişafı üçün IMS platforması Wi-Max-la birgə tətbiq olunacaq.
Həmin şəbəkənin köməyi ilə Delta Telekom öz abunəçilərinə yüksək sürətli internet xidmətləri, məlumat ötürmə xidmətləri, eləcədə IP telefoniya xidmətləri təqdim etmək imkanı qazanır. /abc.az/