Fontu böyüt:
Yaxın gələcəkdə Danimarka paytaxtının əhalisi və bu şəhərin qonaqları öz noutbukları və mobil telefonları vasitəsilə pulsuz internetdən istifadə edə biləcəklər.
Kopenhagen bütün istəyənlər üçün yaxın zamanda pulsuz internet təqdim edəcək dünyanın 52 şəhərlərindən biridir. Bu irimiqyaslı layihə ölkə rəhbərliyi tərəfindən bəyənilib.
Kopenhagendə əvvəlcədən nəzərdə tutulmuş 6000 qoşulma məntəqəsindən 1000-i quraşdırılacaq. İnternet məntəqə 150 metr radiusda siqnal ötürəcək. Belə vəziyyətdə bütün istəyənlər şəbəkəyə ödənişsiz çıxış imkanı əldə edir. Bu barədə http://www.kp.ru/ saytı xəbər verir.
İlkin göstəricilərə əsasən internetin şəhərin 5,6 milyon kv. metr ərazisini əhatə edəcəyi gözlənilir.
Bu isə ölkə ərazisinin 1% deməkdir. Bu cür zonaların həmçinin reklam verənlər üçündə nəzərdə tutulduğuna görə xidmət pulsuz olacaq.
Qeyd edək ki, layihənin sınaq versiyası artıq Lollan və Falster adalarında Lollan dəmiryolu stansiyasının sərnişinləri üçün istifadəyə verilib.
Hər bir internet-məntəqə bələdiyyə orqanına 8 000 krona ($1500-dən bir qədər çox) başa gəlib. Layihənin ümumi məbləği isə 8 milyon kron təşkil edir. Xİdmət yayda istifadəyə veriləcək.sağ əlləri bizim başımıza...
xeberler.az/Ellada